Mingəçevir Dövlət Universitetində İlk dəfə səs verən
gənclər arasında maarifləndirmə tədbiri keçirilib
Mingəçevir Dövlət Universitetində Mingəçevir şəhər Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.7.3 yarımbəndinin icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında maarifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün 2019-cu il 23 dekabr Bələdiyyə seçkiləri ilə bağlı tədbir keçirilib.
Tədbirdə Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Gənclər Evinin direktoru Tural Kərimov və ilk dəfə səs verəcək birinci kurs tələbələri iştirak ediblər.
Mingəçevir Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Rövşən Əliyev universitetin rektoru Şahin Bayramovun salamlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb və uğurlar diləyib. Rövşən Əliyev tədbirdə çıxış edərək bildirib ki, hər bir gənc demokratiyanın meyarı olan seçkilərin mahiyyətini dərk etməli, cəmiyyətdəki rolunun əhəmiyyətini bilməli və seçkilərin azad, demokratik, şəffaf keçirilməsi üçün hər bir seçicinin, o cümlədən ilk dəfə səs verəcək gənclərin səsvermədə yüksək məsuliyyət nümayiş etdirməsinin zəruriliyini bilməlidir.
Sonra çıxış edən Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Gənclər Evinin direktoru Tural Kərimov gənclərimizin, xüsusilə seçkilərdə ilk dəfə səs verən gənclərin daha geniş sürətdə maariflənməsi, daha çox biliklərə yiyələnməsi, bir sözlə öz hüquq və vəzifələrini mükəmməl bilməsi vacibliyini iştirakçıların nəzərinə çatdırıb. Mövzu ətrafında ilk dəfə səs verən gənclərin suallarını cavablandırılıb.
Daha sonra Kamal Nəcəfli səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah edib.
{phocagallery view=category|categoryid=282|limitstart=0|limitcount=0}