Mingəçevir Dövlət Universitetində İmadəddin Nəsiminin
650 illik yubileyi münasibətilə növbəti tədbir keçirilib
Mingəçevir Dövlət Universitetində “Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığı” mövzusunda oxucu konfransı keçirilib. Tədbiri giriş sözü ilə açan rektor Şahin Bayramov böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi və 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları çərçivəsində Mingəçevir şəhərində və Mingəçevir Dövlət Universitetində silsilə tədbirlərin keçirildiyini bildirib. İmadəddin Nəsimini Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri kimi dəyərləndirən Ş.Bayramov onun Şərqdə və müsəlman dünyasında ədəbi irsin inkişafında müstəsna xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Konfransda universitetin müəllimləri Əbülfət Ədilov “Klassik Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi fenomeni”, Mehman Rəsulov “Poeziyamızın Nəsimi zirvəsi”, tələbələrdən Leyla Mehdiyeva “Nəsiminin həyat və yaradıcılığı”, Nazpəri Mehdiyeva “Nəsimi və Azərbaycan ədəbi dili”, Nabat Mirzəliyeva “Nəsimi və ümumi danışıq dili”, Əsgərxan İbrahimov “Nəsimi dövründə ictimai-siyasi vəziyyət”, Leyla Məmmədova “Nəsimi dövründə Azərbaycan mədəniyyəti” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin bədii hissəsində tələbələr İmadəddin Nəsiminin qəzəllərindən ibarət ədəbi-bədii kompazisiya ilə çıxış ediblər.
Konfransın ərsəyə gəlməsində əməyi olan tələbələrə, müəllimlərə və xüsusilə, universitetin kitabxanaçısı Solmaz Əliyevaya təşəkkür bildirilib.
Sonda tədbir iştirakçıları Nəsimin əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.
{phocagallery view=category|categoryid=261|limitstart=0|limitcount=0}