Mingəçevir Dövlət Universitetində Milli Dirçəliş Günü qeyd olunub

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Milli Dirçəliş Günü qeyd olunub

 

Mingəçevir Dövlət Universitetində 17 noyabr Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Tədbiri Pedaqoji fakültənin dekanı Nizami Zeynalov açaraq Milli Dirçəliş Günü münasibətilə universitetin professor-müəllim və tələbə heyətini təbrik edib. Bildirib ki, 17 noyabr Azərbaycan xalqının istiqlal mücadiləsinin mühüm mərhələsini təşkil edir. Bu tarixi hadisə 1988-ci il noyabrın 17-dən dekabrın 5-nə qədər Bakı şəhərində indiki Azadlıq meydanında Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin davam etməsi, hərəkatın ən yüksək mərhələyə çatması ilə tarixin yaddaşına həkk olunmuşdur. Bu hərəkat Azərbaycanda erməni millətçilərinin ərazi iddiaları və Dağlıq Qarabağ Müxtar Vilayətindəki separatçılıq hərəkatına qarşı etiraz nümayişi idi. Bu uzun müddətli mitinqlər və nümayişlər xalqımızın müstəqillik uğrunda mübarizəsinə böyük təsir göstərmişdir.

Sonra Humanitar fənlər kafedrasının müəllimləri İlham Məmmədov “Milli oyanışa gedən yol” və Mirzə Cavadov “Milli Dirçəlişdən qüdrətli dövlətçiliyə doğru” mövzularında çıxış ediblər.

        Tədbirin sonunda Milli Dirçəliş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

{phocagallery view=category|categoryid=238|limitstart=0|limitcount=0}