Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib
Mingəçevir Dövlət Universitetində (MDU) valideynlərin iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib. MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan tələbələrin valideynləri 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişilə yaxından tanış olublar. Valideynlərə semestr ərzində tədris olunan fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülmüş işlər barədə məlumat verilib. Valideynlərə imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, appelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şəraitin yaradıldığı bildirilib.
İmtahan prosesində valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı, imtahan qərargahının və appelyasiya komissiyasının fəaliyyətində tələbələrin təmsil olunması, “açıq qapı” günlərinin keçirilməsi, eləcə də “qaynar xətt”, elektron poçt və rəy qutuları vasitəsilə daxil olan müraciətlərə operativ qaydada baxılması üçün yaradılan imkanlar valideynlər tərəfindən məmnunluqla qarşılanıb.
MDU-nun rektoru Şahin Bayramovla keçirilən görüşdə imtahan prosesi və bütövlükdə tədrisin məzmunu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Valideynlər imtahanların keçirilməsi üçün yaradalmış şəraitdən razı qaldıqlarını bildiriblər.
{phocagallery view=category|categoryid=304|limitstart=0|limitcount=0}