Mingəçevir Dövlət Universitetində növbəti dəfə
tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb
13 mart 2020-ci il tarixində Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən Mingəçevir Dövlət Universitetinin (MDU) bütün tədris binalarında, həyətyanı ərazilərdə, dəhlizlərdə, auditoriya və laboratoriyalarda, inzibati otaqlarda, idman zalında, kitabxanalarda, sanitar qovşaqlarda və digər köməkçi tikililərdə koronavirusa (COVID-19) qarşı təkrar tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.
Qeyd edək ki, MDU-da növbəti dəfə keçirilən tədbir Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Sərəncamının icrası çərçivəsində həyata keçirilib. Tibbi-profilaktik və dezinfeksiya işləri ilə yanaşı MDU kollektivi arasında virusla mübarizə məsələlərinə dair maarifləndirmə işləri də davam etdirilir.
{phocagallery view=category|categoryid=344|limitstart=0|limitcount=0}