Mingəçevir Dövlət Universitetində pedaqoji yönümlü tələbələr
üçün maliyyə sahəsi üzrə təlimlər keçirilib
Mingəçevir Dövlət Universitetinin pedaqoji yönümlü tələbələrinə Azərbaycan Respublikası Mərkəzi Bankı “Maliyyə savadlılığı ayı” çərçivəsində iqtisadi və maliyyə sahələrini əhatə edən maarifləndirilmə təlimləri keçirib.
Təlimlər zamanı iştirakçılara şəxsi büdcənin tərtib edilməsi, bank məhsulları olan əmanət və kredit, maliyyə institutlarının düzgün seçilməsi barədə tövsiyələr verilib, iştirakçıların sualları cavablandırılıb. Universitetin tələbələrinə Mərkəzi Bankın elektron resursları olan Maliyyə Savadlılığı portalı (bizimpullar.az), Virtual Təhsil Platforması (edu.e-cbar.az) və Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi (infobank.az) haqqında ətraflı məlumat verilib. Təlimin sonunda izah edilən mövzular üzrə viktorina keçirilib.
Bütövlükdə keçirilən təlimlər əhalinin müxtəlif təbəqələrinin maliyyə bilik və bacarıqlarının artırılmasında mühüm rola malikdir.
Eyni zamanda qeyd edilən təlimlər “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, eləcə də “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası baxımından da aktualdır.
Mərkəzi Bank bu istiqamətdə müxətlif hədəf qrupları üçün təlim və seminarlar, habelə əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş tədbirlərini davam etdirəcəkdir.
{phocagallery view=category|categoryid=293|limitstart=0|limitcount=0}