Mingəçevir Dövlət Universitetində sessiya imtahanları başa çatıb
Azərbaycan Respublikası Təhsil Nazirliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 14.05.2019-cu il tarixli F-265№li əmrinin icrası ilə əlaqədar Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə 17 may 2019-cu il tarixdə 62№li müvafiq əmr imzalamışdır.
Qeyd edək ki, imtahan sessiyasında bakalavr təhsil pilləsi üzrə, əyani və qiyabi təhsil formasında 23 ixtisas üzrə təhsil alan 1598 nəfər tələbə tərəfindən
397 imtahan, o cümlədən, Pedaqoji fakültə üzrə 608 nəfər tələbə 140, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 749 tələbə 174, Mühəndislik fakültəsi üzrə isə 241 tələbə 83 imtahan vermişlər.
Magistr təhsil pilləsində 11 ixtisas üzrə təhsil alan 37 nəfər magistrant tərəfindən tədris planına uyğun olaraq, 58 imtahan, o cümlədən Pedaqoji fakültə üzrə 20 nəfər tələbə 28, İqtisadiyyat və idarəetmə fakültəsi üzrə 5 tələbə 10, Mühəndislik fakültəsi üzrə isə 12 tələbə 20 imtahan vermişlər.
İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fənnlər üzrə müəllimlər təyin edilmişdir.
Rektor tərəfindən təyin edilmiş nümayəndələrdən başqa, kənar şəxslərin imtahan keçirilən auditoriyalara daxil olmasına icazə verilməmişdir. Nəzarətçi müəllimlər imtahan başlamazdan əvvəl imtahanda nəzarətçi qismində təyin olunduqları barədə məlumatlandırılmış, təlimatlandırılmış və imtahanlara buraxılmışdır.
Rektor tərəfindən imtahanların keçirilməsi zamanı mütəmadi müəyyən taktiki dəyişiklər edilmişdir ki, bu da şəffaflığın təmin edilməsinə şərait yaratmışdır. Həmçinin, imtahan sessiyasında ictimai nəzarəti təmin etmək məqsədilə valideynlərin və KİV nümayəndələrinin imtahanlarda iştirakına maneəsiz şərait yaradılmışdır. Hər gün imtahanlarda 8-10 nəfər valideyn iştirak etmiş, prosesi axıradək izləmşlər. Tələbələr arasında imtahanların gedişi barədə anonim sorğular aparılmışdır.
Həmçinin, imtahan prosesi zamanı sakitliyi təmin etmək üçün tərtib olunmuş qrafikə uyğun olaraq, müəllimlərdən ibarət növbətçilik təşkil olunmuşur.
Tələbələrin, valideynlərin və digər şikayətçilərin rəhbərlik ilə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt” də yaradılmışdır.
İmtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək münaqişələri aradan qaldırmaq üçün Apelyasiya Komissiyası fəaliyyət göstərmişdir.
Universitetdə hər gün imtahanlar başlamazdan əvvəl ötən günün imtahan nəticələri barədə təhlil və müzakirələr aparılmışdır. Rektor A.Hacıyev neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllimlər və nəzarətçilər qarşısında ciddi tələblər qoymuş, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini vermişdir. Pedaqoji heyəti maraqlandıran suallara, məsələlərə aydınlıq gətirmişdir.
Qeyd edək ki, imtahanlar yazılı şəkildə həyata keçirilmişdir. İmtahan biletləri “Kredit sistemilə təhsil alan tələbələrin biliyinin qiymətləndirilməsi haqqında Əsasnamə”yə uyğun olaraq tərtib edilmişdir.
İmtahanın gedişində digər tələbələrlə danışmaq, onlara mane olmaq, imtahanda səs salmaq, kitabdan, mühazirə konspektlərindən, mobil telefon və digər texniki vasitəlrdən istifadə etmək, imtahan biletini və cavab kartlarını təhvil vermədən auditoriyadan çıxmağa icazə verilməmişdir. İmtahanlara auditoriyalarda quraşdırılmış veb kameraların vasitəsilə də nəzarət edilmişdir. Qeyd edək ki, imtahan sessiyası iyulun 5-də başa çatmışdır.
{phocagallery view=category|categoryid=169|limitstart=0|limitcount=0}