Mingəçevir Dövlət Universitetində yaz imtahan sessiyası ərzində beşinci
“Açıq qapı” günü keçirilib
2020-ci ilin 2 iyul tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib. “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun tələbələri, magistrantları və məzunları iştirak ediblər.
Tədbiri açan MDU-nun rektoru Şahin Bayramov karantin dövrünün tələblərinə riayət edilməsinin vacibliyi, online imtahan sessiyasının gedişatı və Litvanın Mikolas Romeris Universiteti ilə əməkdaşlığa start verilməsi barədə məlumat verib.
Görüşdə çıxış edən tələbələr və magistrantrlar yaz imtahan sessiyasının təşkilindən, yaradılan appelyasiya imkanlarından və qiymətləndirmə zamanı tətbiq olunan güzəştlərdən razılıqlarını ifadə ediblər. Çıxışlarda ilk dəfə olaraq online formatda keçirilmiş “Məzun Günü-2020” tədbirinin fərqli və yaddaqalan təşkilinə görə minnətdarlıq ifadə olunub.
Rektor tələbələrin təkrar imtahanlarda iştirak, yay tətili müddətində tələbələr arasında online görüşlərin təşkili, təhsil haqqı və digər məsələlərə dair suallarını cavablandırıb.
Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. Bundan əvvəl, “Açıq qapı” günləri 4 iyun, 11 iyun, 18 iyun və 25 iyun tarixlərində keçirilib.
{phocagallery view=category|categoryid=402|limitstart=0|limitcount=0}