Mingəçevir Dövlət Universitetinin aliminin Almaniyada
monoqrafiyası nəşr olunub
Mingəçevir Dövlət Universitetinin “Riyaziyyat” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru İsmayılova Məlahət Fərrux qızının Almaniyanın “LAP LAMBERT Academic Publishing” nəşriyyatında çap olunmuş “Dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunmasının tədqiqi” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiya abstrakt Hilbert fəzasında dörd tərtibli xüsusi törəməli operator-diferensial tənliklərin həll olunma nəzəriyyəsinə həsr olunmuşdur. Operator-diferensial tənliklərin həll olunma nəzəriyyəsi XX əsrin ortalarında funksional analizin metodlarını xüsusi törəməli diferensial tənliklərin həll olunma məsələlərin tətbiqinə yol açmaları ilə meydana gəlmişdir. Bu nəzəriyyənin metodları riyaziyyatın və mexanikanın müxtəlif sahələrindən olan çoxlu sayda məsələlərə eyni nöqteyi-nəzərdən yanaşmağa və həll etməyə imkan verir.
İki fəsil, 73 ədəbiyyata istifadə edilən və 130 səhifədən ibarət olan monoqrafiya riyaziyyat ixtisası üzrə təhsil alan magistrlər, elmi-tədqiqat institutlarının mütəxəssisləri, doktorantlar və riyaziyyat sahəsində çalışan alimlər üçün nəzərdə tutulmuşdur.
{phocagallery view=category|categoryid=320|limitstart=0|limitcount=0}