Mingəçevir Dövlət Universitetinin alimləri
Tiflisdə “I Qara Dəniz Sosial Elmlər Simpoziumu”nda
Gürcüstan paytaxtında “I Qara Dəniz Sosial Elmlər Simpoziumu” mövzusunda tədbir keçirilib. Elmi simpoziumu tədbirin təşkilatçısı, Türkiyə Ərdahan Universitetinin professoru, folklorşünas Ərdoğan Altınkaynak tədbiri açıq elan edib və giriş nitqi ilə çıxış edib.
Simpoziumda Tiflisdəki SEU-nun rektor köməkçisi Qiorqi Tsxvediani, Mingəçevir Dövlət Universitetinin f.f.d., dosenti Namaz Manafov, Ukraynadan prof. Rəmzi Dövlətov, Ukrayna Universitetinin prof. Mahmud Kamaloğlu, A.Tsereteli ad. Dövlət Universitetinin rektor köməkçisi Şalva Kirkadze, Suxumi Dövlət Universitetinin rektoru prof. Zurab Xonelidze, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun dos. Sönməz Abbaslı və digər alimlər bölmələrdə müxtəlif mövzular üzrə çıxış ediblər.
Tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan, Kanada, Kosova, Qazaxıstan, Ukrayna, İran, Qırğızıstan, Tacikistan və digər ölkələrdən 118 elm adamı, o cümlədən Azərbaycandan 10 alim iştirak edib ki, onlardan 6 nəfəri Mingəçevir Dövlət Universitetindən, 2 nəfəri AMEA Folklor İnstitutundan və Ədəbiyyat İnstitutundan, 2 nəfəri isə Azərbaycan Texniki Universitetindən gələn elm adamları iştirak edərək sosial elmlər haqqında hazırladıqları müxtələf məqalələrlə bağlı fikirlərini bildiriblər. Tədbirdə çıxış edən alimlər mövzularla bağlı sualları cavablandırıblar.
Simpoziumun danışıq dili türk, azərbaycan, ingilis, gürcü və rus dillərində olub.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən gələn alimlər antropologiya, arxeologiya, şərq dilləri və ədəbiyyatları, coğrafiya, çağdaş türk ləhcələri və ədəbiyyatları, iqtisadiyyat, fəlsəfə, maliyyə, qəzetçılik və media, hüquq, musiqi, psixologiya, siyasət, sosial xidmətlər, kino, tarix, turizm haqqında və digər elmi biliklərdən bəhs edən məqalələr müzakirə olunub və Qara Dəniz dərgisində kitab şəklində nəşr edilmək üçün bəyənilib.
İki gün davam edən tədbir yanvarın 26-da başa çatıb və məruzəçilərə “Təşəkkür bəlgəsi” təqdim olunub.
{phocagallery view=category|categoryid=111|limitstart=0|limitcount=0}