Mingəçevir Dövlət Universitetinin alimlərinin yeni dərs vəsaiti işıq üzü görüb

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin alimlərinin yeni dərs vəsaiti işıq üzü görüb

 

Mingəçevir Dövlət Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının əməkdaşları, kafedra müdiri, tex.f.d. Aidə Mübariz qızı Mustafayevanın və kafedranın dosenti, tex.f.d. Almaz Əli qızı Əliyevanın müəllifi olduqları “İqtisadi informatika” adlı dərs vəsaiti nəşr olunub. Dərs vəsaiti Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının qərarı və rektorun 31 may 2019-cu il tarixli 07 nömrəli əmrilə təsdiq edilmiş və nəşrinə icazə verilib.    

İqtisad yönümlü ixtisaslar üzrə təhsil alan bakalavr, magistr və doktorantlar üçün nəzərdə tutulmuş bu dərs vəsaiti iqtisadi informatika elminin müasir səviyyəsinə uyğun şəkildə tərtib olunmuşdur və bu sahə üzrə günün tələblərinə cavab verir.

Dərs vəsaitindən müxtəlif sahələrdə çalışan iqtisadçılar və mühəndis-iqtisadçılar kompüter texnologiyalarının peşəkar bilik və bacarıqlarını əldə etmək məqsədilə faydalana bilərlər.

“İqtisadi informatika” adlı dərs vəsaiti iqtisadiyyatın müxtəlif sahələrində iqtisadi məsələlərin həllində səmərəli qərarların qəbul edilməsi zamanı kompüter texnologiyalarının tətbiqi imkanlarının mənimsənilməsinə kömək edir.

Dərs vəsaiti cəmiyyətdə informasiyanın emalı prosesini həyata keçirən kompüter texnologiyarının aparat və proqram təminatının nəzəri və praktiki bölmələri ilə tanış olmağa imkan verir. Nəzəri hissədə İqtisadi informatikanın nəzəri əsasları; Sistem və alqoritim anlayışı; İqtisadi informasiya sisteminin əsas komponentləri; İnformasiyanın emalının texniki vasitələri; Fərdi kompüterlərin əsas xarakteristikası və tətbiq sahələri; Fərdi kompüterin daxili və xarici qurğuları; Fərdi kompüterin yaddaş qurğuları; Fərdi kompüter informasiyanın kodlaşdırılması və yaddaşda təsviri; Fərdi kompüterin proqram təminatı; Əməliyyat sistemləri; Windows 7 əməliyyat sistemi; Kompüter şəbəkələri; İnternet texnologiyaları; Verilənlər bazası texnologiyasının əsasları və s. əhatə etməklə 18 bölmədən ibarətdir.     

“İqtisadi informatika” adlı dərs vəsaitinin elmi redaktoru Mingəçevir Dövlət Universitetinin “Mühəndislik” fakültəsinin dekanı, tex.f.d., dosent Vüqar Sabir oğlu Mustafayev, rəyçilər Bakı Dövlət Universitetinin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri, professor, texnika elmləri doktoru Əli Ələkbər oğlu Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Hesablama riyaziyyatı və informatika” kafedrasının dosenti, riyaziyyat üzrə elmlər doktoru Rövşən Zülfüqar oğlu Hümbətəliyev, Mingəçevir Dövlət Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının dosenti, texnika üzrə fəlsəfə doktoru Elmira Nəriman qızı İsrafilova, Mingəçevir Dövlət Universitetinin “İnformasiya texnologiyaları” kafedrasının baş müəllimi, texnika üzrə fəlsəfə doktoru Möhübbət Zaməddin oğlu Əhmədov və Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müdiri, dosent, iqtisad üzrə fəlsəfə doktoru Cəmilə Qəzənfər qızı Musayeva olub.   

           Qeyd edək ki, ADPU-nun nəşriyyatında çapdan çıxan və 320 səhifədən ibarət olan dərs vəsaitinin hazırlanmasında 25 ədəbiyyatdan istifadə olunub.

{phocagallery view=category|categoryid=292|limitstart=0|limitcount=0}