Mingəçevir Dövlət Universitetinin əməkdaşı
Cənubi Koreyada təlimdə iştirak edib
Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cənubi Koreyanın Seul şəhərində NİPA-nın (National IT İndustry promotion Agency) təşkilatçılığı və Koreya Elm və İKT Nazirliyinin ev sahibliyi ilə təşkil olunan təlim kurslarında iştirak edib. Təlim kursunun keçirilməsində əsas məqsəd iştirakçıları “İnformasiya təhlükəsizliyi” ilə bağlı Cənubi Koreya və beynəlxalq təcrübə ilə tanış etməkdən ibarət olub. Təlimlərdə Koreyanın tanınmış elm adamlarının informasiya təhlükəsizliyi ilə bağlı mühazirələri dinlənilmiş və mühazirələrə uyğun olaraq Koreya təcrübəsi Samsung D’Light, Corporate IDC Center (Douzone), National Forensic Service, KoVAC kimi müəssisə və mərkəzlərdə praktik olaraq iştirakçılara göstərilib. Bundan əlavə, təlim müddətində Cənubi Koreya Respublikasının tarixi, dili, əhalisi, sosial həyatı, inkişaf mərhələləri haqqında ümumi xarakterli məlumatlar verilmiş Korean Food Making & Seoul N Tower, Korean Folk Village tarixi yerlərinə səfərlər edilib.
Hər bir iştirakçı təlim kursunun əvvəlində təmsil etdiyi ölkə və çalışdığı müəsissə haqqında 15 dəqiqəlik təqdimat ilə çıxış edib. Tədris kursunun sonunda NİPA-nın direktoru cənab Shin Sung Woo iştirakçılara NİPA və Koreya Elm və İKT Nazirliyi adından öz minnətdarlığını bildirərək, bu sahədə onlara uğurlar arzulamış və hər bir ölkə iştirakçısına tədris kursunu müvəffəqiyyətlə bitirdiyi üçün sertifikatları təqdim edib. Qeyd edək ki, təlimlərdə 19 ölkədən 29 mütəxəssis, o cümlədən Azərbaycan Respublikasını Mingəçevir Dövlət Universitetinin proqramçısı Elçin Tağıyev və Azərbaycan Texnologiya Universitetinin rektorunun İKT üzrə məsləhətçisi İmdat Quliyev təmsil edib.
{phocagallery view=category|categoryid=268|limitstart=0|limitcount=0}