Mingəçevir Dövlət Universitetinin əməkdaşları Erasmus+ proqramı çərçivəsində növbəti təlimlərdə

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Erasmus+ proqramı

çərçivəsində növbəti təlimlərdə

 

07-08 oktyabr 2019-cu il tarixində Bakı Biznes Universitetində “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” adlı Erasmus+ proqramı çərçivəsində həyata keçirilən və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən layihənin təlimləri keçirilmişdir. Təlimlərin məqsədi Azərbaycan Universitetlərində daxili keyfiyyət təminatının qurulması üçün standartları, qaydaları və prosesləri müəyyənləşdirəcək “bələdçi”nin hazırlanmasıdır.

Təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Avropa tərəfdaş Universitetlərinin ekspertləri və layihənin 11 yerli tərəfdaş Universitetinin nümayəndələri iştirak etmişdir.

Təlimlərdə keyfiyyət təminatı üzrə proqram təminatının işlənilməsinin qiymətləndirilməsi aparılmış, daxili keyfiyyət təminatı standartlarının hər biri üzrə ayrı-ayrılıqda prosesləri müəyyənləşdirilmiş və qruplar şəklində təqdimatlar aparılmışdır. Təlimlərin sonunda proseslərin təkmilləşdirilməsi istiqamətində ekspertlər tərəfindən təkliflər verilmişdir.

Qeyd edək ki, təlimdə Mingəçevir Dövlət Universitetini EQAC layihəsinin universitet üzrə meneceri, Beynəlxalq əlaqələr sektorunun müdiri Samirə Əhmədova, layihə üzvü Təhsildə Keyfiyyətə Təminat və Nəzarət Mərkəzinin direktoru Səbinə Quliyeva və layihə üzvü Karyera Mərkəzinin direktoru Üzeyir Zeynalov təmsil ediblər.

 {phocagallery view=category|categoryid=195|limitstart=0|limitcount=0}