Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunun ailəsini ziyarət ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid məzunun ailəsini ziyarət ediblər

 

4 iyun 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Şirvan şəhərində universitetin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunu Yusif Cəfərovun ailəsinə baş çəkiblər.

Əvvəlcə, Şirvan şəhəri Şəhidlər Xiyabanını ziyarət edən universitet əməkdaşları Y.Cəfərovun məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Ailə üzvləri ilə görüşdə MDU-nun rektoru Şahin Bayramovun salamlarını çatdıran rektorun müşaviri Ramin Məmmədov 30 il həsrətində olduğumuz əzəli torpaqlarımızın düşmən işğalından azad edilərək tarixi ədalətin bərpa olunmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edib. Vətənə, xalqa və dövlətə layiqli övlad yetişdirən şəhid anası Gülbəniz Əliyevaya dərin ehtiramını bildirən R.Məmmədov ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından və qanından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Y.Cəfərovun universitetdə təhsil aldığı illəri xatırladan MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Nazim Niftəliyev onun vətənpərvər, nizam-intizamlı və çalışqan tələbə olmasından söhbət açıb.

Görüşdə Y.Cəfərovun keçdiyi şərəfli döyüş yolundan və göstərdiyi şücaətlərdən danışılıb.

MDU-nun Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzinin koordinatoru Minayə Hüseynova, İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəsisi Aynur Quliyeva bütün şəhid və qazilərimizlə, o cümlədən universitetin qəhrəman məzunları ilə qürur duyduqlarını diqqətə çatdırıblar.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə həyata keçirilən işlərin çevik və səmərəli əlaqələndirilməsini təmin etmək üçün universitetdə Tələbə Vətənpərvərlik İnkişaf Mərkəzi yaradılıb.

{phocagallery view=category|categoryid=622|limitstart=0|limitcount=0}