Mingəçevir Dövlət Universitetinin əməkdaşları QPR siteminin tətbiqi ilə bağlı təlimdə iştirak ediblər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları QPR siteminin

tətbiqi ilə bağlı təlimdə iştirak ediblər

 

Məlum olduğu kimi Mingəçevir Dövlət Universiteti Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində Bakı Biznes Universiteti tərəfindən hazırlanmış “Azərbaycan Universitetlərində keyfiyyət təmiatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsinə qoşulmuşdur. Layihə çərçivəsində 30 oktyabr 2019-cu il tarixdə Bakı Biznes Universitetində Avropalı ekspertlərin iştirakı ilə keçirilən QPR siteminin tətbiqi ilə bağlı təlim keçirilib. Təlimçilər Avropa təhsil ekspertləri Litvadan Laura və Donates tərəfindən QPR poqramlarında universitet strukturları üzrə əsas fəaliyyət göstəriciləri müəyyən edilərək sistemdə tətbiq ediblər. Təlimdə ölkəmizin 11 ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib. 

Mingəçevir Dövlət Universitetini Beynəlxalq əməkdaşlıq üzrə koordinatoru Samirə Əhmədova və İKT üzrə mütəxəssisi Elçin Tağıyev təmsil ediblər.

{phocagallery view=category|categoryid=221|limitstart=0|limitcount=0}