Mingəçevir Dövlət Universitetinin rəhbəri
Akif Hacıyev “İlin rektoru” nominasiyasının qalibi oldu
Mingəçevir Dövlət Universiteti daha bir uğura imza atdı. Belə ki, İCMAL.az Analitik Təhlil Mərkəzi Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının texniki dəstəyi ilə daha bir maraqlı sorğuya start vermişdi. Budəfəki sorğu “İlin rektoru” və “İlin Ali məktəbi” nominasiyaları üzrə keçirilirdi. “İlin rektoru” nominasiyasının bu dəfə ki, qalibi Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev olub. Bu gün bu münasibətlə universitetin akt zalında təqdimetmə mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan “Humanitar fənlər” kafedrasının müdiri, s.f.d., dosent Esmira Cəfərova bildirib ki, bugünkü təqdimetmə mərasimi çox gözəl günə təsadüf edir: ”Bu gün cənab Presidentimizin doğum günüdür. Fürsətdən istifadə edib biz də bütün professor, müəllim və tələbələr adından Prezidentimiz İlham Əliyevi təbrik edirik. Bu gün universitetimiz daha bir sevinici yaşayır. Rektorumuz Akif Hacıyev “İlin rektoru” nominasiyasının qalibi olub. Bu münasibətlə rektor Akif Hacıyevi təbrik edirik”.
Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin sədri Səbuhi Abbasov çıxış edərək sorğunun maarifləndirici xarakter daşıdığını bildirib: “Bu tip sorğular demək olar ki, bütün Slavyan ölkələrində keçirilir. Onlarda bu istiqamətdə çox yaxşı təcrübə var. Biz də bu təcrübədən yararlanmaq niyyətindəyik. ASGA olaraq bir neçə istiqamətdə sorğular keçirtmişik. Bu sorğuda əsas məqsədimiz təhsildə həyata keçirilən yeniliklər haqqında cəmiyyəti, xüsusən də, Vətəndaş cəmiyyətinin üzvlərini və media nümayəndələrini məlumatlandırmaqdan, təhsilimizə olan diqqəti artırmaqdan ibarətdir. Sorğu faktiki təhsil sahəsində olan uğurların nəticəsi kimi dəyərləndirilməlidir”.
Sorğu QHT-nin rəsmi internet səhifəsi www.asga.az saytında həyata keçirilib. Bu sorğu 2-3 ildən bir keçirilir. Sorğuda 10 minə yaxın vətəndaş iştirak edib. Bunların içərisində 3 minə yaxını Mingəçevir Dövlət Universitetinin rektoru cənab Akif Hacıyevə səs verib. Bu münasibətlə qalib rektora “İLİN REKTORU” diplomu, “İLİN REKTORU” medalı və rəsmi məktub təqdim edirik. Qeyd edim ki, sonuncu dəfə “İlin rektoru” nominasiyası üzrə qalib Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, akademik Nərgiz Paşayeva seçilmişdir”.
Bu münasibətlə çıxış edən Akif Hacıyev öz minnətdarlığını bildirib və bunu universitetin uğuru kimi qiymətləndirib. Akif Hacıyev qeyd edib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Akif Hacıyev bildirib ki, Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca istiqamət seçmişdir. Mingəçevir Dövlət Universiteti olaraq bundan sonra da dövlətin, ölkə rəhbərliyinin, Təhsil Nazirliyinin qarşımızda qoyduğu hər bir vəzifəni layiqincə yerinə yetirəcəyik.
Sonra “İlin rektoru” nominasiyasının qalibi Akif Hacıyevi “Riyaziyyat” kafedrasının müdiri, dosent Sahib Mustafayev, “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti Fərman İsgəndərov və Tərbiyə işləri üzrə prorektor, dosent Rövşən Əliyev təbrik edərək, ona uzun ömür, can sağlığı və fəaliyyəti dövründə daha yeni uğurlar qazanmağı arzu ediblər. Qeyd ediblər ki, bu uğur bizə çətin, ağır və fərəhli peşəmizdə daha məsul və fədakar fəliyyət göstərməyimizə stimul verəcəkdir.
{phocagallery view=category|categoryid=101|limitstart=0|limitcount=0}