Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun 8 Mart təbriki
Mingəçevir Dövlət Universiteti ailəsinin hörmətli xanımları!
Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik, tədris və elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayıram.
Müasirləşmə yolunda olan universitetimizin hərtərəfli inkişafında bütün xanım əməkdaşlarımızın və tələbələrimizin mühüm töhfələri vardır.
Əminəm ki, MDU-nun yeni dövrün tələblərinə uyğun modernləşdirilməsində dəyərli xanımlarımız bundan sonra da mühüm rol oynayacaqlar.
Əziz xanımlar!
Həyatınız mənalı, günləriniz xoş, arzularınız gerçək, uğurlarınız bol olsun!
Bayramınız mübarək!