Mingəçevir Dövlət Universitetinin tələbələri İspaniyanın Valladolid Universitetində təhsillərini uğurla davam etdirirlər

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbələri İspaniyanın Valladolid Universitetində təhsillərini uğurla davam etdirirlər

 

       

 

 

 

     Valladolid universitetində  dərslər mənə ixtisasımı daha da inkişaf etdirməyə kömək olur.   Dərslər tamamilə interaktiv formada keçirilir. 

 Burada yeni dostlar kəşf etdim, dünya görüşümü artırdım. Universitetdə əldə etdiyim yeni   bilikləri Azərbaycandakı qrup yoldaşlarımla bölüşür və bəzi məsələləri müzakirə edirik. Bu imkanı bizə yaratdığı üçün Mingəçevir Dövlət Üniversitetinin rəhbərliyinə öz dərin   minnətdarlığımı bildirirəm.

   Xarici dil müəllimliyi ixtisasının tələbəsi

Əmrah Qasımov

 

 

 

 

 

 

 

      Hazırda Valladolid universitetində English language studies sahəsi üzrə təhsil alıram. Gəldiyim ilk andan bəri həm sosial, həm təhsil, həm interaktiv cəhətdən məni heyran qoymağa davam edir. Metodlar bizim metodlarımızdan tamamilə fərqlənir. Amma deyə bilərəm ki, burdakı metodları daha çox sevəcəksiniz. Dərslər arasında ən çox marağımı cəlb edən ədəbiyyat dərslərim və metodika oldu hətta elə bir həddə sevdim ki, gündə 4 saat ədəbiyyat dərsim var. Müəllimlərin dərsi başa salma metodları, qrupda təşkil edilən müxtəlif oyunlar və s. hər cəhətdən vaxtın necə keçdiyini başa düşmürsünüz. İndi sizə maraqlı gələcək ki, İspaniyada ingiliscə danışmaqlar iş bitirmi? Düzünü desəm yox. Gəldiyim ilk vaxtlar gördüm ki, həqiqətən bəzən insanları başa düşmək çətin olur. Çünki üniversitetdə bəli ingiliscə danışa bilərsən bəs başqa yerdə? Amma bunu da deyim ki, gəldiyim vaxtdan çox fərq var artıq insanları başa düşməyə başlamışam. Təbii ki, bundan universitetin təşkil etdiyi dil kursunun böyük köməyi olub. Şəhər haqqında danışacaq olsam deyərdim ki, bu şəhərə ayaq basdığım ilk andan hiss etdim ki, əsl İspan şəhərindəyəm: binaları, təbiəti, sosial həyatıyla birgə. İspan xalqı çox yardımsevər, gülərüz və əylənməyi bacarandır. Əgər burda sıxılacağınızı düşünürsünüzsə heç də elə deyil, həftəlik təşkil edilən ölkəiçi səyahətlər müxtəlif şənliklər və tələbə qonaqlıqları sizi darıxmağa qoymayacaq. Burda imkanlar məhdud deyil. Son olaraq qeyd edim ki, universitet sizə hansı fakültədə istəsəniz dərs oxumağa, qruplarla işləməyə imkan yaradır. Hətta bizim fakültənin film dərnəyi də var ki, hər həftə almanca film nümayiş olunur ki, mənim ən çox sevdiyim qisim məhz oradır.

Xarici dil müəllimliyi ixtisasinin 3-cü kurs tələbəsi

Aytac Əliyeva