Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir Tekstil MMC-də ekskursiyada olublar

  • Post category:Xəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin tələbələri Mingəçevir

Tekstil MMC-də ekskursiyada olublar

 

İnsan kapitalının inkişafını gələcək iqtisadi strategiyanın əsas hədəflərindən biri kimi müəyyən edən Azərbaycan dövləti «qara qızılı» məhz bu istiqamətə yönəldərək gələcək milli inkişafa əsaslı zəmin yaradır. İnnovativ iqtisadiyyatda güclü maliyyələşdirməyə imkan verən iqtisadi resursların olması ilə bərabər, bu sistemi idarə edən intellektual və texnoloji potensiala da böyük ehtiyac var. İnnovasiya şəbəkəsinin iştirakçılarının sayının daim artması, bura yeni sosial qrupların cəlb edilməsi, innovasiyanın inkişafına istiqamətlənən institusional sistemin yaradılması bu sahədə əsas faktorlardandır. Azərbaycanda insan kapitalının zəngin elmi bazaya söykəndiyini nəzərə alsaq, elmi innovasiyalar sahəsinə yatırılan kapitalın böyük əhəmiyyət daşıdığını yəqin etmək olar.

Bu problemlərin yaxın gələcəkdə həlli isə elmi kadrların yaradıcı potensialının inkişafına, onların beynəlxalq əlaqələrinin qurulmasına, bu sahəyə yeni qabiliyyətli gənclərin cəlb edilməsinə kömək edə bilər. Nəticədə, respublikanın insan potensialı həqiqi mənada yüksələr, elmtutumlu sahələr üçün müasir tələblərə cavab verən milli kadrların səviyyəsi daha da artar.

Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasının tələbələrdən ibarət nümayəndələri tədris olunan “Müəssisənin iqtisadiyyatı” fənnini əsas tutaraq tədris prosesində əldə etdikləri bilikləri praktik olaraq görmək üçün Mingəçevir Sənaye Parkına Mingəçevir Tekstil MMC-yə ekskursiya ediblər.

Ekskursiya zamanı tələbələr müəssisədə yeniliklərin tətbiqinin, təbiətə və ətraf mühitə ziyan vurmadan istehsal prosesinin həyata keçirilməsinin, yeni məhsulların araşdırılmasının, dünyada bu sahədə ən müasir standartlara cavab verən avadanlıqlardan istifadənin, “Ring” və “Open End” üsulu ilə ipliyin istehsal prosesinin əyani şahidi olublar.

Tələbələrin nəzəri bilikdən əlavə praktiki biliyə malik olması bu günün tələbidir. Qeyd edək ki, Mingəçevir Sənaye Parkı Mingəçevir Tekstil MMC tekstil sahəsində beynəlxalq markaya çevrilən Qafqaz regionunun ən böyük iplik istehsal edən müəsissəsidir.

{phocagallery view=category|categoryid=209|limitstart=0|limitcount=0}