Mingəçevir Dövlət Universitetinin tələbələri
gənclər üçün 13-cü qrant müsabiqəsinin qalibi olublar
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 oktyabr tarixli 451 nömrəli qərarı ilə təsdiq edilmiş “Gənclər siyasəti ilə bağlı proqram və layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydası”na əsasən Azərbaycan Respublikasının Gənclər Fondu 14 iyul – 23 avqust 2019-cu il tarixlərində 13-cü qrant müsabiqəsini keçirib.
Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 161 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib.
Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin III kurs, Rİ17 saylı qrup tələbəsi İbrahimova Nuranə Fizuli qızının “Tarix dünənimiz, abidələr bu günümüzdür”; İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs, ST16.2 saylı qrup tələbələri Ağamirzəyev Elçin Emin oğlunun “İnnovasiya həyatımızın parçası”; M16 saylı qrup tələbəsi Səfərli Jalə Fuad qızının “Ecofriend” layihələri Müşahidə Şurası tərəfindən dəstəklənib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov qalibləri qəbul edib. Müsabiqənin qalibi olmaları münasibətilə onları təbrik edib. Gələcəkdə daha yeni qrant və müsabiqələrdə qalib olmalarını arzu edib. Ş.Bayramov qeyd edib ki, Azərbaycanın bugünkü gəncləri indi özlərini müstəqil Azərbaycan dövlətinin gəncləri kimi hiss edirlər. Onların əksəriyyəti vətənpərvər gənclərdir. Biz də çalışırıq ki, bu gənclərin hamısı vətənpərvər olsun və Vətənə xidmət etməyi özlərinin ən şərəfli vəzifəsi hesab etsinlər.
Şahin Bayramov bildirib ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Sağlam gənclik sağlam nəsil deməkdir. Rektor qeyd edib ki, son illər Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də gənclər siyasətidir. Ulu öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, ölkəmizdə onlara yüksək şərait yaradılması istiqamətində dövlət proqramları qəbul edilir.
Rektor qeyd edib ki, proqramlar dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin vətənpərvərlik, vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi, onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması, yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini zəruri edir. Rektor, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətində gənclik mövzusunun aktuallığını bir daha aydın təsbit olunduğunu vurğulayıb.
Şahin Bayramov tələbələrə müsabiqənin məqsədinin tələbələr təfindən məsuliyyətlə dərk edilərək yaxşı fəaliyyət göstərdiklərini və bunun nəticəsində şura tərəfindən dəstəklənməsini yuxarıda qeyd olunanların bariz nümunəsi olduğunu bəyan edib. Rektor, gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə dövlət gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaq müsabiqə aparan təşkilatların, gənclərlə işləyən hər bir təşkilatın əsas vəzifələrindən olduğunu bildirib.
Rektor Şahin Bayramov bir daha tələbələrin bu uğurunu yüksək qiymətləndirərək, təhsildə, gələcək fəaliyyətlərində və müsabiqələrdə iştirak etməklə qalibiyyət sevincini yaşamalarını onlara arzu edib, tövsiyələrini verib.
Görüşdə müsabiqə qalibləri olan tələbələr tədrisin məzmunu və universitet həyatı ilə bağlı fikirlərini səsləndiriblər.
{phocagallery view=category|categoryid=222|limitstart=0|limitcount=0}