Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib
2021-ci ilin 7 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev – müasir gənclər siyasətinin banisi” mövzusunda tədbir keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən tədbiri giriş sözü ilə açan MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova, ilk növbədə, rektor Şahin Bayramovun salamlarını tələbə gənclərə çatdırıb.
Ulu öndər Heydər Əliyevin təhsilə verdiyi yüksək dəyərdən danışan E.Cəfərova müstəqil, vətənpərvər, savadlı və mütərəqqi düşüncəli gənc nəslin yetişdirilməsində dahi şəxsiyyətin misilsiz töhfələrindən bəhs edib.
Sonra, müasir Azərbaycan dövlətinin memarı, xalqımızın böyük oğlu Heydər Əliyevin zəngin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib, MDU-nun tələbə gənclərinin təqdimatında əbədiyaşar liderin əziz xatirəsinə həsr olunmuş şeir və mahnılardan ibarət ədəbi-bədii kompozisiya səsləndirilib.
Qeyd edək ki, əsas vəzifələrindən biri vətənə, xalqa və dövlətə layiq vətənpərvər yüksəkixtisaslı kadrların yetişdirilməsi olan MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan müxtəlif formatlı silsilə tədbirlərin keçirilməsi, dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi diqqət mərkəzində saxlanılır.
{phocagallery view=category|categoryid=592|limitstart=0|limitcount=0}