Mingəçevir Dövlət Universitetinin (MDU) Xarici dillər kafedrasının gənc müəllimi Samirə Əhmədova Erasmus+ proqramı çərçivəsində Sloveniya Respublikasının Nova Gorica Universitetində doktorantura təhsilini davam etdirmək imkanı qazanıb.
Cari ilin sentyabr ayından etibarən Sloveniyaya yola düşən S.Əhmədova altı ay müddətində sözügedən universitetdə tədris və elmi-tədqiqat prosesində iştirak edəcəkdir.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da akademik potensialın gücləndirilməsi və elmi-pedaqoji sahədə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi məqsədilə gənc əməkdaşların aparıcı yerli və xarici universitetlərdə doktorantura təhsili almasına xüsusi önəm verilir və bu məqsədlə bütün zəruri dəstək tədbirləri həyata keçirilir.