You are currently viewing Mingəçevir Dövlət Universitetində “Proqramlaşdırma olimpiadaları” mövzusunda VEBINAR təşkil olunub

Mingəçevir Dövlət Universitetində “Proqramlaşdırma olimpiadaları” mövzusunda VEBINAR təşkil olunub

  • Post category:İT kafedrası

Mingəçevir Dövlət Universitetində tələbələrin İCPC – beynəlxalq proqramlaşdırma olimiapadasında cəlb edilməsi üçün onlayn formatda Vebinar təşkil olunub.  Vebinar İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə 11 illik iş təcrübəsi və 3 beynəlxalq sertifikatlı peşəkar mütəxəssis Əbilhəsən Əhmədov tərəfindən onlayn formatda keçirilmişdir. Əbilhəsən Əhmədov İCPC – beynəlxalq proqramlaşdırma olimiapadasında iştirakla bağlı öz təcrübələrini tələbələr və əməkdaşlarla bölüşərək, dəyərli tövsiyyələrini irəli sürüb. Daha sonra interaktiv şəkildə proqramlaşdırma sahəsi ilə bağlı problemlər və onların həll yolları haqqında müzakirələr aparılıb. Sonda universtet daxilində kafedranın dosenti Azər Hüseynin təşkilatçılığı ilə proqramlaşdırma olimpiadalarının təşkili üçün fəaliyyət planı təklif olunub. 

Onu da qeyd edək, Universitet rəhbərliyinin xüsusi diqqəti sayəsində Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyasının icrası çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və tədris prosesinin rəqəmsallaşdırılmasına yönəlmiş növbəti hədəfə çatmaq üçün uğurlu əməkdaşlıqdır.