Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin “Ekologiya” ixtisasının E20 qrupunun tələləbələri istehasalat təcrübəsini 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində keçirlər.
Tələbələr təcrübə müddəti ərzində idarənin iş strukturuna uyğun fərdi tapşırıqlar verilir, praktiki məşğələlər keçirilir və müzakirələr aparılır. Onların həm nəzəri, həm də praktiki bilikləri daha yaxşı mənimsənilməsi üçün idarənin mütəxəsissləri tərəfindən təcrübənin ümumi nəticəsinə uyğun olaraq tövsiyə və tapşırıqlar verilir.
Tələbələrimiz eyni zamanda idarə ilə birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ekoloji istiqamətli maarifləndirmə tədbirlərinə də qatılaraq, ixtisasları üzrə müxtəlif mövzularda məruzələr ediblər.
Tələbələrdən Leyla Şükürova və Aytəkin Hüseynli qrup yoldaşları adından ötən qısa dövr ərzində gənclərin nəzəri biliklərini praktikada uğurla tətbiq etmələri üçün müəssisədə yaradılan təcrübə şəraitinə görə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Həmçinin təcrübələrinin daha səmərəli keçmələri üçün tələbələrə xüsusi dəstək göstərən MDU rəhbərliyi başda olmaqla müəllimlərinə təşəkkürlərini çatdıran E20 qrupunun tələbələri onlara göstərilən bütün etimadları doğruldacaqlarını bildiriblər.
Qeyd edək ki, hazırda modernləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, təhsilalanlara müasir, praktiki bilik və bacarıqların ötürülməsi məqsədilə sənaye ilə əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.