Rektor Şahin Bayramov “Facebook” səhifəsində paylaşım edib
Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!
Əziz tələbələr, magistrantlar və məzunlar!
Bu gün dogma universitetimizin əsasının qoyulmasından 30 il ötür.
Belə ki, 1991-ci ilin 23 aprel tarixində indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mingəçevir filialı təsis olunub.
Müxtəlif dövrlərdə Mingəçevir Energetika İnstitutu və Mingəçevir Politexnik İnstitutu adları ilə fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılıb.
Möhtərəm Prezidentimizin yüksək diqqət və qayğısı sayəsində hazırda universitetimiz özünün modernləşmə mərhələsinə qədəm qoyub.
Fürsətdən istifadə edərək, hər birinizi yeni dövrün universitetinə çevrilmə yolunda sürətlə irəliləyən universitetimizin uğurları üçün daha böyük səylə çalışmağa dəvət edirəm.
Əməyi keçən hər kəsə dərin minnətdarlığımı bildirməklə, hamımız üçün ortaq dəyər olan Mingəçevir Dövlət Universiteti ailəsinin bütün üzvlərini əlamətdar gün münasibətilə təbrik edirəm.