Rektor Şahin Bayramov Mingəçevir Dövlət Universiteti kollektivini, tələbə və məzunlarını təbrik edib

  • Post category:Xəbərlər (AZ)

Rektor Şahin Bayramov Mingəçevir Dövlət Universiteti kollektivini, tələbə və məzunlarını təbrik edib

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati texniki heyət üzvləri!

Əziz tələbələr, magistrantlar və məzunlar!

Məlumunuz olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2015-ci il tarixli, 1335 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Mingəçevir Dövlət Universiteti yaradılmışdır.

Təhsilə və təhsil işçilərinə daim yüksək diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz tərəfindən universitet statusunun verilməsi MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkiafında mühüm rol oynayacaq ali təhsilli mütəxəssis hazırlığındakı imkanlarını əhəmiyyətli dərəcədə artırmışıdr.

Keçən 5 il ərzində Mingəçevir Dövlət Universitetinin yeni dövrün tələblərinə uyğunlaşdırılması və milli ali təhsilimizdəki mövqeyinin gücləndirilməsinə dövlətimiz tərəfindən daimi diqqət və davamlı dəstək göstərilmişdir.

Fürsətdən istifadə edərək, sözügedən Sərəncama və dəstəyə görə 30 ilə yaxın müddətdə fəaliyyət göstərən ali təhsil müəssisəmizin kollektivi, tələbələri və məzunları adından möhtərəm Prezidentimizə dərin təşəkkürümüzü və böyük ehtiramımızı bildirirəm.

Mingəçevir Dövlət Universiteti ailəsinin üzvü olaraq hər birinizi əlamətdar tarix münasibətilə səmimi qəlbdən təbrik edir, dogma universitetimizin inkişafına və müasirləşdirilməsinə xidmət edən fəaliyyətinizdə yeni-yeni uğurlar arulayıram.

Hörmətlə,

Şahin Bayramov

Mingəçevir Dövlət Universitetinin rektoru

24 iyul 2020-ci il