Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin hörmətli üzvləri!
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edirəm!
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulmuş həmrəyliyimiz Tarixi Zəfərə imza atmış Möhtərəm Prezidentimizin sayəsində davamlı güclənir.
Hər birinizə daim həmrəy olmağı arzulayıram.
2021-ci ildə doğma universitetimiz adına qazandığımız uğurlarda hər biriniz pay sahibi oldunuz.
2022-ci ildə Sizə həm şəxsi həyatınızda, həm də professional fəaliyyətinizdə daha böyük nailiyyətlər diləyirəm.
İnanıram ki, malik olduğumuz yüksək potensial və birləşdirəcəyimiz səylər nəticəsində 2022-ci il moderləşmə yolunda olan MDU üçün növbəti uğurlarla əlamətdar olacaqdır.
Yeni iliniz mübarək olsun!