Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Bir Könüllü” Tələbə Təşkilatı tərəfindən Zuğulba Tədris İdman Bazasında keçirilən “StudentFest 2023” yay düşərgəsinin iştirakçıları ilə görüşüb.
Görüşdə tələbə gənclərin professional hədəflər, liderlik keyfiyyətləri və menecer bacarıqları barədə fikirləri öyrənilib, faydalı müzakirələr aparılıb.
Rektor müasir düşüncəli, kreativ baxışlı və yüksək intellektli tələbə-könüllülərlə bir daha qürur duyduğunu bildirib.
Dörd gün davam edən Yay düşərgəsinin 100 iştirakçısı arasında Mingəçevir Dövlət Universitetinin (MDU) 18 tələbəsi də yer alıb. Universitetin rektoru dəvətə görə “Bir Könüllü” Tələbə Təşkilatının rəhbəri Leyla Zeynalovaya təşəkkürünü bildirib, yüksək təşkilatçılıq münasibətilə “Bir Könüllü” komandasını təbrik edib.