You are currently viewing “Azərbaycan müəllimi” qəzetində rektor Şahin Bayramovun “Ulu Öndərin müdrik və mütərəqqi ideyalarının təbliği şərəfli vəzifəmizdir” başlıqlı məqaləsi dərc olunub

“Azərbaycan müəllimi” qəzetində rektor Şahin Bayramovun “Ulu Öndərin müdrik və mütərəqqi ideyalarının təbliği şərəfli vəzifəmizdir” başlıqlı məqaləsi dərc olunub

“Azərbaycan müəllimi” qəzeti, 29.12.2023
Qəzetin PDF versiyası

“Heydər Əliyev ili” çərçivəsində Mingəçevir Dövlət Universitetində çoxşaxəli fəaliyyətlər reallaşdırılıb

Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar dövlət başçımızın müvafiq Sərəncamı ilə Azərbaycanda 2023- cü ilin “Heydər Əliyev İli” elan edilməsi və bu çərçivədə respublikamızda milli və beynəlxalq səviyyəli çoxsaylı tədbirlərin keçirilməsi xalqımızın dahi şəxsiyyətə yüksək ehtiramının, sonsuz minnətdarlıq və sevgisinin təzahürüdür.

Danılmaz həqiqətdir ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan və şanlı zəfərlərlə dolu ən şərəfli səhifələrini yazmaqda davam edən müasir Azərbaycan Ümummilli Liderimizin şah əsəridir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi və sağlam əsaslar üzərində davamlı gücləndirilməsi Heydər Əliyevin ən mühüm tarixi xidmətlərindən hesab edilir.

“Mənim üçün öz canımdan, öz qanımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir” deyən Ulu Öndərimiz Vətənə, xalqa və dövlətə sıx bağlılığını bir insan ömrünə sığmayan zəngin həyat və fəaliyyəti ilə təsdiq edib. Bütün ömrünü canından çox sevdiyi Azərbaycanın parlaq gələcəyinə və xalqının rifahına həsr edən Heydər Əliyev milli-mənəvi dəyərlər və milli maraqlardan formalaşdırdığı azərbaycançılıq məfkurəsinə xidmət edən misilsiz fəaliyyətləri ilə ümumxalq məhəbbəti qazanıb və Ümummilli Lider zirvəsinə yüksəlməyi bacarıb. “Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir” fikirlərini rəhbər tutan Ulu Öndərimiz hər zaman yüksək amallar uğrunda böyük fədakarlıq göstərib, qarşıya qoyulan hədəflərə doğru prinsipiallıqla irəliləyib, üzərinə götürdüyü tarixi və şərəfli missiyanın öhdəsindən məharətlə gəlib. “Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir” deyərək Ümummilli Liderimizin ideyalarına və siyasi kursuna sadiqliyini ifadə edən Möhtərəm Prezidentimiz İlham Əliyev son 20 ildə nəhəng uğurlara və əzəmətli qələbələrə imza ataraq, hazırda da bu siyasi xəttin alternativsizliyini nümayiş etdirir.

Əminik ki, xalqımızın milli sərvəti hesab edilən Heydər Əliyevin zəngin və çoxşaxəli irsi əbədi olaraq doğma Azərbaycanımızın tərəqqisi və xoşbəxt gələcəyinə parlaq işıq saçacaqdır. Əsas missiyalarından biri Vətənə və dövlətə layiqli mütəxəssis kadrlar hazırlamaq olan Mingəçevir Dövlət Universitetində (MDU) də bu zəngin irsin öyrənilməsi və gənclər arasında təbliği diqqət mərkəzində saxlanılır. Bu baxımdan, “Heydər Əliyev İli” çərçivəsində universitetdə təsdiq edilmiş geniş tədbirlər planının həyata keçirilməsi xüsusi önəm kəsb edib.

Yerli və beynəlxalq elmi konfranslar

“Heydər Əliyev İli” çərçivəsində MDU-da Ulu Öndərə həsr olunan biri respublika, üçü beynəlxalq olmaqla ümumilikdə 20 elmi konfrans keçirilib.

Mayın 4-də MDU-da “Heydər Əliyev-100: müstəqil Azərbaycanın qurucusu və hərtərəfli inkişaf strategiyasının müəllifi” mövzusunda respublika elmi konfransı böyük maraqla qarşılanıb. Konfrans çərçivəsində 1 plenar və 10 bölmə iclası keçirilib. “Heydər Əliyevin azərbaycançılıq və dövlətçilik ideologiyası”, “Heydər Əliyevin dövlət və ordu quruculuğu siyasəti”, “Heydər Əliyevin xarici siyasəti”, “Heydər Əliyevin davamlı iqtisadi inkişaf strategiyası”, “Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatının inkişafı siyasəti”, “Heydər Əliyevin elm və təhsil siyasəti”, “Heydər Əliyevin təhsil siyasəti”, “Heydər Əliyevin mədəni və milli-mənəvi inkişaf siyasəti”, “Heydər Əliyevin gənclərin inkişafi siyasəti” və “Heydər Əliyevin iqtisadiyyatın sahələri üzrə inkişaf siyasəti” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib və müzakirələr aparılıb. Konfransın materialları kitab şəklində çap olunub. Kitabda 40-dan çox ali təhsil müəssisəsi, elmi-tədqiqat institutu və digər təşkilatlardan daxil olmuş ümumilikdə 220 elmi məqalə yer alıb.

İyunun 19-da Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Türkiyənin Qazi Universiteti və MDU-nun birgə təşkilatçılığı ilə Ankarada “Heydər Əliyev və Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Qazi Universitetinin evsahibliyi ilə baş tutan konfransda MDU və Qazi Universitetinin alimlərinin təqdimatında “Heydər Əliyev və “Bir millət, iki dövlət” anlayışı”, “Heydər Əliyevin Türk Dünyasının birliyinə töhfələri”, “Heydər Əliyev dönəmi və Türkiyə-Azərbaycan mədəni əlaqələri”, “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” sözlərinin Türk sənətində izləri” mövzularında məruzələr dinlənilib.

İyunun 20-də Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi, Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) və MDU-nun birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə: Bir millət, iki dövlət, tək yumruq” mövzusunda Ankarada növbəti beynəlxalq elmi konfrans keçirilib. AHBVU-nun ev sahibliyi ilə baş tutan konfransda MDU və AHBVU alimləri məruzələrlə çıxış edərək Azərbaycan-Türkiyə münasibətlərinin tarixindən, ikitərəfli əlaqələrin inkişafında Heydər Əliyevin misilsiz xidmətlərindən, Ülu Öndərin türk xalqlarının ədəbiyyatının inkişafına töhfələrindən, Qarabağ Zəfərinə qədər və sonrakı dövrlərdə qarşılıqlı əlaqələrin vəziyyəti və inkişaf perspektivlərindən bəhs ediblər.

Dekabrın 8-9-da Elm və Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə MDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda II beynəlxalq elmi konfrans keçirilib. Konfransın əsas ideyasını “Azərbaycan 2023: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi İnkişaf Strategiyası”, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik” və digər milli və beynəlxalq sənədlərdən irəli gələn vəzifələrin icrasına töhfə vermək təşkil edib.

MDU-nun fevral və mart aylarında YAP Mingəçevir şəhər təşkilatı ilə birgə “Ümummilli Lider: tarix yaradan Heydər Əliyev nümunəsi”, apreldə Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü”, Mərkəzi Aran Regional Təhsil İdarəsi və Yevlax Şəhər İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyev və Azərbaycan təhsili”, iyunda Ağdam Rayon İcra Hakimiyyəti ilə birgə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzularında elmi-praktik konfransları mühüm əhəmiyyət kəsb edib.

Eləcə də, MDU martda “Azərbaycan İES” MMC ilə birgə “Azərbaycanda mühəndisliyin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu”, iyunda Lənkəran Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti ilə birgə “Heydər Əliyevin xilaskar qayıdışı” mövzularında elmi-praktik konfranslara təşkilatçılıq edib.

Cari ildə MDU-nun Mühəndislik, Təhsil, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələrinin “Heydər Əliyev İli” çərçivəsində 6 elmi konfrans keçirilib. Konfranslarda MDU tələbələri məruzələrlə çıxış edərək Azərbaycanda təhsilin, mühəndisliyin inkişafında Ulu Öndərin müstəsna rolundan və dahi liderin müəllifi olduğu uğurlu sosial-iqtisadi inkişaf strategiyasından bəhs ediblər. Həmçinin, fevralda “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi”, apreldə “Heydər Əliyev irsi: rəqəmsallaşma və texnologiyalar sahəsində gənclər” mövzularında elmi-praktik konfransları, martda isə magistrantların elmi-nəzəri konfransını xüsusi qeyd etmək olar.

Elmi-praktik seminarlar, “dəyirmi masa’iar və mühazirələr

“Heydər Əliyev İli” çərçivəsində MDU ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq 7 şəhər və rayonda (Mingəçevir, Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab və Kürdəmir) “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri”, MDU-da “Azərbaycanın sosial siyasətinin inkişaf tendensiyaları və prioritetləri” və “Ulu Öndər Heydər Əliyev Azərbaycanda müstəqil eneıji sisteminin yaradıcısıdır” mövzularında elmi-praktik seminarlar, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır və dönməzdir”, “Heydər Əliyev və müasir Azərbaycan”, “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün”,”Heydər Əliyev və Azərbaycan dili”, “Əsrin müqaviləsi tarixi zəfərimizə gedən yolun başlanğıcıdır”, “Ümummilli Lider müasir Azərbaycanın qurucusudur” və “Tarix yazan əbədiyaşar lider” mövzularında “dəyirmi masa”, MDU və Mərkəzi Aran Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Mingəçevir, Yevlax, Zərdab və Ağdaş məktəblərində “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”, “Heydər Əliyev: əbədiyaşar lider, müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı” və “Azərbaycan tarixində Heydər Əliyev zirvəsi” mövzularında mühazirələr keçirilib.

“Heydər Əliyev xatirələrdə” layihəsi

Cari ilin may ayından etibarən MDU-da “Heydər Əliyev xatirələrdə” adlı layihənin icrasına start verilib. Ulu Öndərin zəngin irsinin təbliğinə töhfə məqsədilə universitet tərəfindən reallaşdınlan layihədə dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə çalışmış ziyalılar və ictimai-siyasi xadimlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində şəhər ictimaiyyəti nümayəndələri, ümumtəhsil məktəblərinin rəhbər, müəllim və şagird kollektivi, professor-müəllim heyəti, tələbə və magistrantların iştirakı ilə 3 görüş keçirilib. Elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, professor Şahlar Əsgərov və ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nm müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanovla keçirilən görüşlərdə Ümummilli Liderimizlə bağlı xatirələrdən bəhs olunub.

“Heydər Əliyev İli” ilə bağlı tələbə nailiyyətləri

Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı ilə ah təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalında MDU tələbələrindən Elvin Nəsirov, Arzuman Həsənov və Səkinə Adıgözəlzadə festivalda fərqləndiklərinə, Türkan Qaffarova isə ikinci yeri tutduğuna görə müvafiq diplomlarla təltif edilib.

2023-ci ilin oktyabrın 18-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” IX ümumrespublika bilik yarışında MDU-nun tələbələrdən ibarət komandası 14-cü yerdə qərarlaşıb.

 

MDU Təhsil fakültəsinin üçüncü kurs tələbələri Qənirə Hüseynova (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası) və Nənnin Qədimli (Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası) “Heydər Əliyev adma təqaüd’ə layiq görülüblər.

Aprelin 27-28-də MDU və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində voleybol üzrə qızlar arasında keçirilmiş şəhər çempionatında universitetin tələbə komandası qalib olub.

MDU tələbəsi Tahirə Mustafayeva Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Heydər Əliyev İli” çərçivəsində ali təhsil müəssisələrinin filologiya və jurnalistika fakültələrinin tələbələri arasında elan etdiyi “Heydər Əliyev və gəncliyimiz” adlı esse müsabiqəsinin qaliblərindən biri olaraq fəxri fərmana layiq görülüb.

MDU Tələbə Gənclər Təşkilatının intellektual oyunlar klubunun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində keçirilmiş bilik yarışında tələbələr fəal iştirak ediblər.Gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edən yarışda Ulu Öndərin həyat və fəaliyyəti, 44 günlük Vətən müharibəsi, Mingəçevir şəhəri, ədəbiyyat ilə bağlı, eləcə də ümumi dünyagörüşü xarakterli müxtəlif suallar təqdim edilib.

Cari ilin mayında MDU-da “Heydar Aliyev – The Inspiration of Azerbaijani Youth (Heydər Əliyev – Azərbaycan gənclərinin ilham mənbəyi)” adlı ingilis dilində təşkil olunan ədəbi-bədii tədbirdə tələbələrin ifasında Ümummilli Lider haqqında musiqi və şeirlər səsləndirilib, dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə bağlı videoçarxlar nümayiş etdirilib, klassik bədii əsərlərdən kiçik səhnəciklər təqdim olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar MDU-da ağacəkmə aksiyaları keçirilib, universitetin hər iki tədris korpusunda Heydər Əliyev guşələri müasir formatda yenidən qurulub. Həmçinin, MDU-nun kitabxanalarında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş guşələr yaradılıb. Guşələrdə Ümummilli Liderin həyat yolu, dövlətçilik ənənələri və apardığı uğurlu siyasətinə həsr olunmuş kitablar və qəzetlər yer alıb.

Beləliklə, “Heydər Əliyev İli” MDU-nun həyatında çoxşaxəli tədbirlərlə və əlamətdar hadisələrlə yadda qaldı. Əminik ki, Ümummilli Liderin zəngin irsinin öyrənilməsi və təbliği sahəsində görülən işlər gənclərin hərtərəfli inkişafına və vətənpərvərlik ruhunda yetişdirilməsinə misilsiz töhfələr verəcəkdir.

Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru