Mühəndisliyin Texniki və Fiziki Problemləri Beynəlxalq Təşkilatının (IOTPE) “Technical and Physical Problems of Engineering” adlı beynəlxalq jurnalının 2023-cü il tarixli 15-ci cild, 2-ci buraxılışında Mingəçevir Dövlət Universitetinin (MDU) 2 aliminin məqalələri dərc olunub.
Scopus elmimetrik bazasında Q3 kvartili üzrə indeksləndirilən sözügedən beynəlxalq nüfuzlu elmi jurnalda MDU-nun Enenrgetika kafedrasının müəllimlərindən t.ü.f.d. Səadət Şıxəliyevanın “Elektrik ötürücü xətlərində izah olunmayan fasilələrin təhlili” (ingilis dilində: “Analysis of unexplained breaks in power transmission lines”) və t.ü.f.d. Liliya Süleymanovanın həmmüəlliflərlə birgə “Polimerlərin supramolekulyar strukturlarının radioqramlarının və modellərinin təhlili” (ingilis dilində: “Analysıs of radıograms and models supramolecular structures of polymers”) adlı məqalələri çap edilib.
Qeyd edək ki, elmi fəaliyyətlərin nəticəyönümlüyünün artırılmasını diqqət mərkəzində saxlayan MDU-da akademik heyət üzvlərinin beynəlxalq nüfuzlu elmi jurnallarda məqalələrinin dərc edilməsinə xüsusi önəm verilir.