Təhsilin İnkişafı Forumunda Mingəçevir Dövlət Universiteti təmsil olunub

  • Post category:MDU xəbərləri

Oktyabrın 8-də Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu keçirilib.

Forumda Mingəçevir Dövlət Universitetinin rektoru v.m.i.e., tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalov da iştirak edib “Tərəfdaşlıqdan Tərəqqiyə” şüarı altında təşkil olunan forumda dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyıb. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rəhbərləri, özəl sektor nümayəndələri və digər qonaqlar iştirak ediblər.