You are currently viewing MDU-nun rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun 15 İyun- Milli Qurtuluş Günü münasibətilə etdiyi təbrik paylaşımı

MDU-nun rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor Üzeyir Zeynalovun 15 İyun- Milli Qurtuluş Günü münasibətilə etdiyi təbrik paylaşımı

  • Post category:MDU xəbərləri

15 iyun-Qurtuluş Gününü Azərbaycan tarixinin dönüş nöqtəsi kimi xarakterizə etmək olar. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi və təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi xalqımızı və dövlətimizi faciələrdən xilas etdi. Həmin gündən qurtuluş yoluna qədəm qoyan xalqımız tarixi zəfərlərə imza atdı. Asayiş və qayda-qanun bərqərar edildi, nizami ordu yaradıldı, idarəetmə sistemi formalaşdırıldı və iqtisadi dirçəlişin əsası qoyuldu. Həyata keçirilən müdrik siyasət davamlı inkişafı təmin etdi.

Heydər Əliyev zəkasının nuru Qurtuluşdan Zəfərə gedən yolu işıqlandırdı, ərazi bütövlüyümüz təmin edildi və tarixi ədalət bərpa olundu.

Sevindirici haldır ki, Ulu Öndərin siyasəti və ideyaları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan dövlətinin qüdrəti və beynəlxalq aləmdə nüfuzu artmışdır. Bu isə Azərbaycan vətəndaşı olaraq hər birimizdə qürur və fəxarət hissləri yaratmışdır.

Üzeyir Zeynalov

Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., Tədris məsələləri üzrə prorektor