2024-cü il iyunun 6-da Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasının DB20 qrupunda təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekunları haqqında hesabatları dinlənilib. Hesabat görüşündə MDU-nun Təcrübə və Karyera İnkişafı Mərkəzi və Sənayenin təşkili və idarəetmə kafedrasının əməkdaşları və tələbələr iştirak edib.
Tələbələrin istehsalat təcrübəsi 2024-cü il may ayının 3-dən 30-dək (20 iş günü müddətində) Mingəçevir Bələdiyyəsində təşkil olunmuşdur. Təqdimat zamanı tələbələr Mingəçevir Bələdiyyəsində keçirdikləri təcrübə müddətində gördükləri işlər, yerinə yetirilən tapşırıqlar, vəzifə və öhdəlikləri barədə məlumat veriblər.
Hesabatlarla tanış olan təcrübə komissiyası üzvləri tələbələrə öz təklif və tövsiyələrini bildirərək 4 meyar üzrə qiymətləndirmə aparıblar.