2024-cü il iyunun 4-də Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat və idarəetmə fakültəsinin “Menecment” ixtisasının MT20 qrupunda təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekunları haqqında hesabatları dinlənilib. Hesabat görüşündə MDU-nun Təcrübə və karyera inkişafı mərkəzi və Sənayenin təşkili və idarəetmə kafedrasının əməkdaşları və tələbələr iştirak edib.
Tələbələrin istehsalat təcrübəsi 2024-cü il may ayının 3-dən 30-dək (20 iş günü müddətində) Mingəçevir “ASAN Xidmət” mərkəzində təşkil olunmuşdur. Təqdimat zamanı tələbələr “ASAN Xidmət” mərkəzində keçdikləri təcrübə müddətində gördükləri işlər, yerinə yetirdikləri tapşırıqlar, vəzifə və öhdəliklər barədə məlumat veriblər.
Hesabatlarla tanış olan təcrübə komissiyası üzvləri tələbələrə öz təklif və tövsiyələrini bildirərək 4 meyar üzrə qiymətləndirmə aparıblar.