2024-cü il iyunun 7-də Mingəçevir Dövlət Universitetinin (MDU) ) İqtisadiyyat və idarəetmə fakültəsinin “Marketinq” və “Biznesin idarəedilməsi” ixtisaslarının Mq20, Bİ20.1 və Bİ20.2 qruplarında təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinin yekunları haqqında hesabatları dinlənilib. Hesabat görüşündə MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin əməkdaşları və “Qədiroğlu” MMC-nin İnsan resursları şöbəsinnin müdiri Hürü Hüseynli iştirak edib.
Tələbələrin istehsalat təcrübəsi cari ilin may ayının 3-dən 30-dək (20 iş günü müddətində) “Qədiroğlu” MMC-də təşkil olunub. Təqdimat zamanı tələbələr Marketlər şəbəkəsinin müxtəlif mağazalarında keçirdikləri təcrübə müddətində MMC-nin iş prinsipi ilə yaxından tanış olublar. Həmçinin təcrübə zamanı görülən işlər, yerinə yetirilən tapşırıqlar, vəzifə və öhdəliklər barədə məlumat veriblər.
Hesabatlarla tanış olan təcrübə komissiyasının üzvləri tələbələrə öz təklif və tövsiyələrini bildirərək 4 meyar üzrə qiymətləndirmə aparıblar.