28 oktyabr 2024-cü il tarixdə Mingəçevir Dövlər Universiteti İqtisadiyyat və idarəetmə fakültəsində Tələbə Elmi Cəmiyyətinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl iqtisadiyyat və yeni iqtisadi modellər” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Əvvəlcə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Nüşabə Qədimli çıxış edərək Tədris ili ərzində iki dəfə Tələbə Elmi Cəmiyyətinin konfranslarının təşkil edildiyi qeyd edilib. Konfransın Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı çərçivəsində həyata keçirildiyini bildirib. Tələbə Elmi Cəmiyyətinin konfransına uğurlar arzulayıb.
Sonra tələbələrin çıxışları təqdim edilməyə başlandı. M23.2 qrup tələbəsi Leyla Əliyeva “Azərbaycanda iqlim dəyişikliyi – COP 29” (Elmi rəhbər: Təranə Süleymanova); “Qarabağ və Şərqi Zəngəzurun inkişafına “Yaşıl iqtisadiyyat”ın təsiri və rolu” Fərid Mehdizadə, M23.1 qrup tələbəsi (Elmi rəhbər: b/m. Günəş Şəfaqətov); “Yaşıl enerjidən istifadənin ətraf mühitə təsiri” Nəcibə Qurbanova, Bİ22.2 qrup tələbəsi (Elmi rəhbər: b/m. Təranə Səfərova); “İşğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri” Babək Mirzəliyev, Uğur Mürsəlzadə MU21 qrup tələbələri (Elmi rəhbər: i.f.d., b/m. Vüqar Məmmədli); “Yaşıl investisiya və maliyyələşdirmə” Aytəkin Vəliyeva, M21 qrup tələbəsi (Elmi rəhbər: Arif Kələşov); “Qarabağda tikilən “ağıllı kənd”lər” Fatimə Məmmədova, Mq22.2 qrup tələbəsi (Elmi rəhbər: Aynur Namazova); “İqlim dəyişikliyinin Azərbaycana təsiri və gələcək proqnozlar” Aygün Qasımova, Bİ23.2 qrup tələbələri (Elmi rəhbər: Arifə Nəsibova); “Yaşıl iqtisadiyyatın reallaşmasında aqroturizmin rolu və inkişaf istiqamətləri” Banu Abdullayeva, TB23.2 qrup tələbəsi (Elmi rəhbər: Lalə Əhmədova) mövzuları ilə çıxış ediblər.
Konfransın sonunda İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Nüşabə Qədimli məruzə edən tələbələrə və onların rəhbələrinə maraqlı məruzələrinə görə təşəkkür edib, gələcək fəaliyyətlərində uğurlar diləyib.