Sizi 17 noyabr – Beynəlxalq Tələbə Günü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Tələbəlik dövrü həyatınızın ən gözəl və yaddaqalan illərindən biridir. Bu illər sizə dərin bilik və təcrübə qazandırmaqla yanaşı, həm də gələcək uğurlarınızın təməlini qoyur. Siz – cəmiyyətin intellektual gücüsünüz, sabahımızın parlaq ümidisiniz. Sizin gəncliyiniz, enerjiniz və təşəbbüskarlığınız ölkəmizin inkişafı üçün böyük əhəmiyyət daşıyır.
Universitetimiz hər zaman sizin uğurlarınıza sevinir və dəstək olmağa çalışır.Professor-müəllim heyətimizin qarşısında duran əsas hədəfimiz sizə yüksək səviyyədə bilik və bacarıqlar aşılamaq, hər birinizin potensialını tam şəkildə reallaşdırmağınıza, seçdiyiniz sahədə peşəkar kadr kimi formalaşmağınıza şərait yaratmaqla yanaşı, sizləri Vətənimizə, Dövlətimizə, Ulu Öndər Heydər Əliyevin irsinə sadiq vətəndaş kimi yetişdirməkdir.
Bu əlamətdar gün münasibətilə hər birinizə tükənməz enerji, böyük uğurlar və naliyyətlər arzu edirəm. Həyatınızda qarşılaşacağınız hər çətinliyi cəsarətlə aşmağı və daim irəliyə doğru addımlamağı bacarın. Əminəm ki, sizin hər biriniz gələcəkdə ölkəmizi qürurla təmsil edəcək və yeni zirvələr fəth edəcəksiniz.
Bir daha Beynəlxalq Tələbə Günü münasibətilə sizi təbrik edir, təhsildə və şəxsi həyatınızda ən gözəl uğurlar arzu edirəm!
Ən xoş arzularla,
Üzeyir Zeynalov