Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Tetahilinq nədir?” mövzusunda təlim keçirilib. MDU məzunu, şəxsi inkişaf üzrə mentor Rəminə Heydərova tərəfindən keçirilən təlimdə universitetin bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.
Təlimçi təqdimatla çıxış edərək şüuraltı terapiya üsulu olan tetahilinqin mahiyyətindən, şəxsi inkişafda, uğurlarda, motivasiyada və yaşam keyfiyyətinin artırılmasında bu metodun əhəmiyyətli rolundan bəhs edib.
Maraqla qarşılanan təqdimat ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.