MDU-da dağçılıqla bağlı təlim: Zirvəyə doğru

2024-cü il mayın 13-də Mingəçevir Dövlət Universitetinin (MDU) Fizia və ekologiya kafedrasının təşkilatçılığı ilə “Zirvəyə doğru” mövzusunda dağçılıqla bağlı təlim keçirilib. Dağçılıq turizmi ilə məşğul olan İlham Kərimovun təqdimatında keçirilən təlimdə MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantları iştirak edib.

Təlim zamanı İ.Kərimov ölkəmizdə turizmin növləri və əsasları, dağçılıq və su turizminin yayıldığı ərazilər və xüsusiyyətləri və Azərbaycanda inkişaf etməkdə olan hikinq haqqında iştirakçılara ətraflı məlumat verib.

Keçirilən təlimin məqsədi Azərbaycanda olan turizm növləri, dağçılıq turizminin mahiyyəti haqqında məlumat əldə etməkdir.