Turizm və ətraf mühit tədqiqat mərkəzi

Mərkəz haqqında

Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzi Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının 28.12.2025-ci il tarixli, 60 nömrəli qərarı ilə yaradılmış və 27.02.2025-ci il tarixli 70 nömrəli qərarı ilə Mərkəzin Əsasnaməsi təsdiqlənmişdir. Mərkəzin fəaliyyətinin təşkili  MDU rektorunun əmri ilə təyin olunmuş  rəhbər tərəfindən həyata keçirilir. 

Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin aşağıdakı vəzifələri vardır:

  1. Turizm və ətraf mühit sahələri üzrə elmi-tədqiqatlar aparmaq, bu sahədə nəzəriyyə və praktika arasında əlaqə yaratmaq,
  2. Turizm və ətraf mühitin tədqiqat təsirlərini qiymətləndirmək və bu sahədə tədbirlər təklif etmək,
  3. Hesabatlar, kitabçalar, tədqiqat sənədləri, məqalələr və s. hazırlamaq,
  4. Turizm və ətraf mühit tədqiqatları ilə bağlı mütəxəssislər və kadrlar hazırlamaq,
  5. Turizm və ətraf mühit tədqiqatlarının icrası ilə əlaqədar konfranslar, təlimlər və seminarlar təşkil etmək.
  6. Səlahiyyətləri çərçivəsində universitetin inkişaf konsepsiyasının həyata keçirilməsini təmin etmək.

Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

  1. Turizm və ətraf mühit tədqiqatları sahəsində elmi-tədqiqat fəaliyyətini inkişaf etdirmək, bu sahədə innovativ ideyalar yaratmaq,
  2. Azərbaycan Respublikasının davamlı turizmin inkişafı prosesinə töhvə vermək,
  3. Davamlı turizm, ətraf mühitin tədqiq edilməsi və turizmin inkişafının ətraf mühitə təsiri istiqamətində təhlillər apararaq tövsiyələr hazırlamaq,
  4. Turizm istiqamətli kafedraların elmi-tədqiqat mövzularının seçilməsində iştirak etmək,
  5. Tələbələrin elmə yönəldilməsi və tədqiqatlarının nəticələrinin dərc etdirilməsinə köməkliyin göstərilməsi.

Mərkəzin müdiri

Əhmədova Lalə Akif qızı- İqtisadiyyat kafedrasının müəllimi:

22 yanvar 1987-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 2004-cü ildə Mingəçevir şəhəri, Yaşar Muradov adına 11 saylı məktəbi bitirmişdir. 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Coğrafiya” fakültəsində bakalavr təhsili, 2008-2010-cu illərdə həmin universitetin magistratura pilləsində təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.

Əmək fəaliyyətinə 2010-2011-ci illərdə Mingəcevir Turizm Kollecində 1,0 ştat müəllim kimi başlamışdır. 2014-2022-ci illərdə AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Bununla yanaşı, 2012-2020-ci illərdə “Zirvə” kurslarında müəllim vəzifəsində çalışmışdır. 2022-ci ildən Mingəçevir Dövlət Universitetinin “İqtisadiyyat” kafedrasının müəllimidir. 30-a yaxın elmi məqalə və tezisin müəllifidir. Bundan başqa, Azərbaycan vikipediyasının zənginləşdirilməsində iştirak etmiş, 137 yeni məqalə yaratmış və 500-dən çox məqaləni redaktə etmişdir.

2014-cü ildə Azərbaycan Elm Fondunun elan etdiyi 6-cı “Mobillik qrantı” müsabiqəsinin qalibi olmuş və 2015-ci il iyun ayında (30 gün) Almaniyanın Leyptsiq şəhəri, Leyptsiq Universitetində təcrübə keçmişdir. Həmçinin, 2014-cü ildə Dünya Alimləri Federasiyasının təqaüd proqramında iştirak edərək bir illik təqaüd proqramına qoşulmuşdur.

Mingəçevir Dövlət Universitetinin rektor v.m.i.e., tədris məsələləri üzrə prorektoru Üzeyir Zeynalovun 18 fevral 2025-ci il tarixli  01-03/64 saylı əmri ilə ictimai əsaslarla Turizm və Ətraf Mühit Tədqiqat Mərkəzinə rəhbər təyin edilmişdir.

Əməkdaşlar

  1. Nazim Niftəliyev Fazil oğlu- MDU İqtisadiyyat kafedrasının dekan müavini
  2. Aysel Qocayeva Möhrəddin qızı- MDU İqtisadiyyat kafedrasının müəllimi
  3. Leyla Əhmədova Bəylər qızı- MDU Fizika və Ekologiya kafedrasının müəllimi
  4. Ziya Qurbanzadə Ziyəddin oğlu- Mingəçevir Regional Turizm İdarəsi, məsləhətçi
 

Tədbirlər

Əlaqə

lala.ahmadova.a@mdu.edu.az

lala.ahmadova1@gmail.com