Mingəçevir Dövlət Universitetinin (MDU) İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin“Maliyyə” ixtisası üzrə təhsil alan tələbələri üçün Türkiyə Cumhuriyyətinin Afyon Kocatepe Universitetinin professoru Dr. Ahmet Baytokun “Turizmin ölkə iqtisadiyyatı üçün əhəmiyyəti” mövzusunda ustad dərsi keçirilib. Hibrid formada keçirilən dərsdə tələbələrlə yanaşı MDU-nun İqtisadiyyat kafedrasının bir qrup əməkdaşı da iştirak edib.
Öncə MDU-nun İqtisadiyyat kafedrasının müdir əvəzi Arif Tağıyev ustad dərsinin təşkilinin məqsədi və əhəmiyyəti haqqında məlumat verib.
Sonra Prof.Dr.A.Baytok mövzuya aid Türkiyə və dünya təcrübəsi əsasında hazırlanmış geniş mühazirə deyib. Mühazirə zamanı turizmin iqtisadi inkişaf üçün təkan rolu, valyuta axını və xarici investisiyalar, infrastrukturun inkişafı, regional inkişaf və kənd turizmi, mədəni və tarixi irsin qorunması, ekoloji dayanıqlılıq, turizm marketinqi və brendinq, innovasiya və rəqəmsal texnologiyalar kimi mövzulara toxunulub.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.
Sonda kafedra müdir əvəzi A.Tağıyev ustad dərsinin təşkilinə görə Prof.Dr.A.Baytoka təşəkkürünü bildirib və bu tip dərslərin davamlı olmasını arzulayıb.