Əsas tələblər:
Ali təhsil (maliyyə, mühasibat uçotu, audit və iqtisadiyyatla bağlı digər ixtisaslar)
Təhsil və tikinti sahəsində minimum 5 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dilini səlis bilməli (rus və ingilis dillərini bilməsi üstünlükdür)
Yaxşı səviyyədə riyazi bilik və analitik qabiliyyət
Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə bilik və bacarıqlar
1C, Microsoft Excel və digər ofis proqramlarında peşəkar işləmə bacarığı
Peşəkar mühasib sertifikatı (PMS)
Analitik düşüncə, məsuliyyətli və dəqiq işləmə vərdişi
Komandada işləmə və müstəqil qərarvermə bacarığı
Yüksək təşkilatçılıq və işə peşəkar yanaşma
Əmək funksiyası:
İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin aparılmasına, əməyin ödənişi fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, aktivlərin və öhdəliklərin inventarizasiyasının mühasibat uçotunun aparılmasına nəzarət edir.
Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan silinməsini təmin edir.
Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir.
Mühasibat uçotu xidməti bölməsinin işçiləri arasında iş bölgüsü aparır və onların işinə rəhbərlik və nəzarət edir.
Mühasibat uçotunun səmərəli təşkilinə və müvafiq standartlara uyğun qurulmasına diqqət yetirir.
Maraqlanan şəxslərdən CV-lərini 10.06.2025-ci il tarixinədək info@mdu.edu.az elektron poçt ünvanına “Baş mühasib” mövzu başlığı ilə göndərmələri xahiş olunur.