You are currently viewing Mingəçevir Dövlət Universiteti Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

Mingəçevir Dövlət Universiteti Təsərrüfat şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir

  • Post category:MDU xəbərləri

Əsas tələblər:

  • Ali təhsil
  • Müvafiq vəzifə üzrə minimum 3 il iş təcrübəsi
  • İdarəçilik və kollektivlə işləmək bacarığı
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları
  • Təmir və tikinti işləri ilə bağlı təcrübə
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür.

Əmək funksiyası: 

  • Müəssisənin təsərrüfat-xidməti işlərinə rəhbərlik edir.
  • Müəssisəyə lazım olan təsərrüfat mallarının sifarişinin vaxtında hazırlanması və təminatını təşkil edir.
  • Təsərrüfat avadanlığının qorunması, onların bərpa olunması və yeniləri ilə əvəz olunması, eləcə də xidmət sahələrində və onların yanında yerləşən ərazidə təmizliyə riayət olunmasını təmin edir.
  • Otaqların vəziyyətinə nəzarət edir və vaxtında təmir işlərinin aparılması üçün tədbirlər görür.
  • İşçiləri dəftərxana ləvazimatı, təsərrüfatda işlədilən əşya və inventarlarla təmin edir.
  • Universitet sahəsinin abadlığına, yaşıllaşdırılmasına, təmizlənməsinə, binaların fasadlarının və giriş yerlərinin təmiz olmasına nəzarət edir.
  • Tabeçiliyində olan işçilərin fəaliyyətinə nəzarət edir.
  • Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrlə qarşılıqlı əlaqələr qurur.
  • Tələb olunan hesabatları rəhbərliyə təqdim edir.

Bilməlidir: 

  • Əmək qanunvericiliyinin əsaslarını 
  • Təsərrüfat xidmətləri işinin yerinə yetirilməsinin təşkilini
  • Texniki təhlükəsizlik haqqında qanununu
  • Sanitariya, gigiyena və təhlükəsizlik qaydalarını
  • Yanğından mühafizənin norma və qaydalarını
  • Əməyin mühafizəsi qaydalarını
  • İş avadanlığının istismar qaydalarını
  • İnformasiya-kommunikasiya texnologiyalarından istifadə

Tələblərə uyğun gələn və müraciət etmək istəyən şəxslərdən CV-lərini  31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Təsərrüfat şöbəsinin müdiri” mövzu başlığı ilə göndərmələri xahiş olunur.