Mingəçevir Dövlət Universiteti Anbardar vəzifəsinə vakansiya elan edir
Əsas tələblər:
- Orta ixtisas və ya ali təhsil (mühasibatlıq, logistika və ya əlaqəli sahələr üstünlükdür)
- Anbar idarəçiliyi üzrə minimum 1 il iş təcrübəsi
- MS Excel, 1C və ya digər anbar idarəetmə proqramlarında işləmək bacarığı
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət, eləcə də təşkilatçılıq bacarıqları
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini bilməsi üstünlükdür.
Əmək funksiyası:
- Avadanlıqların qəbulu, yerləşdirilməsi və saxlanmasını təmin etmək
- Anbarda olan malların mühasibat uçotunu aparmaq, sistemə işləmək və gündəlik hesabatlar hazırlamaq
- Anbarın səliqəsini və təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək
- Mal-materialların müvafiq sənədləşmə prosesini icra etmək
- Anbarda olan ehtiyatları yoxlamaq, çatışmazlıqları və artıq qalıqları müəyyən edərək rəhbərliyə bildirmək
- Təchizat prosesində təkliflər vermək və lazımi materialların vaxtında təmin edilməsinə nəzarət etmək
- Materialların düzgün şəkildə daşınması və yüklənməsini təşkil etmək
- İstifadə müddəti bitmiş və yararsız malları müəyyən edib rəhbərliyə hesabat təqdim etmək
Tələblərə uyğun gələn və müraciət etmək istəyən şəxslərdən CV-lərini 31.05.2025-ci il tarixinədək hr@mdu.edu.az elektron poçt ünvanına “Anbardar” mövzu başlığı ilə göndərmələri xahiş olunur.