Mingəçevir Dövlət Universitetində tələbə və magistrantların
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş
elmi-nəzəri konfransı keçiriləcək
Mingəçevir Dövlət Universitetində 07 dekabr 2018-ci il tarixdə keçiriləcək tələbə və magistrantların Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda elmi-nəzəri konfransın təşkilat komitəsinin ilk iclası keçirilib. Konfransın keçirilməsi ilə bağlı Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin 12 noyabr 2018-ci il, tarixli 161 saylı imzaladığı əmrlə təşkilat komitəsi yaradılmışdır. Konfrans Humanitar fənlər kafedrasının təklifi nəzərə alınaraq keçirilməsi planlaşdırılıb. Konfransın keçirilməsi üçün 17 nəfərdən ibarət təşkilart komitəsinə Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova sədrlik edəcək.
Konfransın keçirilməsinə ümumi rəhbərlik elmi işlər üzrə prorektor, professor Veysəl Əyyubova tapşırılıb. Məhz onun sədrliyi ilə keçən təşkilat komitəsinin ilk iclasında Veysəl Əyyubov təşkilat komitəsinin görəcəyi işlər barədə ətraflı məlumat verilib. Konfransın yüksək səviyyədə keçirilməsi üçün təşkilat komitəsinin hər bir üzvünə tapşırılan vəzifələri layiqincə yerinə yetirmək tapşırılıb.
Sonra Təşkilat komitəsinin sədri dosent Esmira Cəfərova çıxış edərək komitə üzvlərinə konkret tapşırıqlar verib. Təşkilat komitəsinin üzvülərindən bütün kafedraların ixtisas qrupları ilə görüşməyi bakalavr və magistrantlarla sıx təmasda olmağı tapşırığı verib. Mövzuların aktuallığına, müasirliyinə diqqət çəkməyi tapşırığı verib. Esmira Cəfərova universitetin bütün ixtisaslarını nəzərə alaraq Konfransın bölmələrini aşağıdakı kimi təşkil edildiyini bildirdi:
1. Azərbaycan Xalq Cümhuriyyəti: Tarixi və siyasəti.
2. Azərbaycan Xalq Cümhuriyyətində mədəniyyət, ədəbiyyat və dil məsələləri.
3. Müasir müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
Sonda dosent Esmira Cəfərova tezislərin tərtibatına qoyulan tələblər barədə komitə üzvlərinə məlumat verdi.
Təşkilat komitəsinin üzvlərindən Energetika kafedrasının müdiri, dosent Ülkər Aşurova, İqtisadiyyat kafedrasının müdiri, dosent Cəmilə Musayeva, Humanitar fənlər kafedrasının dosenti, təşkilat komitəsinin sədr müavini, dosent Namaz Manafov, Magistratura sektorunun müdiri Günel Kərimli çıxış ediblər.
{phocagallery view=category|categoryid=77|limitstart=0|limitcount=0}