2024-cü il fevralin 21-də Xəzər Univesitetində Mingəçevir Dövlət Universitetinin (MDU) də tərəfdaşı olduğu Estoniyanın Tartu universitetinin (University of Tartu, Tartu Ulikool) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş “Şərq Tərəfdaşlığı ölkələrində universitetlərin rəqəmsal mekəmməlliyinin və bacarıqlarının artırılması” (Boosting Digital Excellence and Aptitude of Universities in the Countries of East partnership – BEAUCOUP) adlı layihənin Açılış mərasimi (Kick-off Meeting) keçirilib.
Təqdimat mərasimində Xəzər universitetinin təsisçisi professor Hamlet isaxanlı və rektoru iradə Xəlilova qonaqları salamlayaraq, layihə barədə məlumat verib. Bildirib ki, ümumi dəyəri 999.999 min avro olan “BEAUCOUP” layihəsinin əsas məqsədi texnologiyaya əsaslanan təhsil üçün yeni və yenilənmiş kursların təqdim edilməklə tələbə və müəllimlərin, eləcə də regiondakı təhsil işçilərinin rəqəmsal səriştəsini, rəqəmsal bacarıqların davamlı inkişafıni və cəlb edilmiş tərəfdaşların beynəlmiləlləşməsi sahəsində potensialın artırılması üçün Rəqəmsal Mükəmməllik Mərkəzlərinin yaradılmasıdır. Layihənin icrası zamanı Avropa İttifaqı ölkələrini təmsil edən tərəfdaş universitetlərin müsbət təcrübəsi öyrəniləcək, layihədə iştirak edən Azərbaycan və Ukrayna ali və orta təhsil müəssisələrinin əməkdaşları üçün çoxsayelı təlimlər təşkil ediləcəkdir. Layihə çərçivəsində 750-dən çox akademik və 70 inzibati heyət, 7700 tələbə, 3000 məktəb müəllimi, 200 universitet rəhbəri və siyasətçilər layihə imkanlarından yararlanmaq imkanı əldə edəcək. 3 gün davam edən təlimdə Mingəçevir Dövlət Universitetinin əməkdaşları Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Əhmədova Samirə və xarici dillər kafedrasının müəllimi Rüstəmova Lalə iştirak edibdir. Təlim günləri ərzində layihə koordinatoru Oleksandra Golovko tərəfindən layihənin bütün addımları təqdim edilib və tərəfdaşlarla müzakirəsi nəticəsində iş paketləri təsdiq edilmişdir.
Qeyd edək ki BEAUCOUP layihəsi 11 universitet, 2 məktəb, 3 uşaq bağçası, 1 EdTech QHT, 1 ictimai birlik, 1 tədqiqat insitutu və 2 nazirlik da daxil olmaqla 6 ölkədən 21 tərəfdaşı bir araya gətirdi. Layihə 36 ay ərzində reallaşdırılacaqdır. Layihənin ilkin büdcəsi 999,999 min Avrodur.
Layihənin əsas benefisiarları qismində Azərbaycanın 3 ali təhsil müəssisəsi (Mingəçevir Dövlət Universiteti, Xəzər Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) və Elm və Təhsil nazirliyi nəzərdə tutulub. Eyni zamanda, layihənin Azərbaycandan olan tərəfdaşları sırasında “Valideynlər və müəllimlər-təhsilə dəstək” ictimai birliyii da yer alıb. Layihənin Avropadan olan 4 tərəfdaş universitetləri arasında Tallin Universiteti (University of Tallin), Estoniya; Primorsk Universiteti (University of Primorska), Sloveniya; Gdansk Universiteti (University of Gdansk), Polşa; Valensiya Politexnik Universiteti (Valencia Polytechnic University), İspaniya; yer almışdır.
Ukraynadan olan tərəfdaşlar isə Zaporoji Milli Universiteti, Ternopil Volodimir Hnaituk Milli Pedaqoji Universiteti, Poltava Milli Pedaqoji Universiteti, Vinnitsiya Dövlət Pedaqoji Universiteti, Ukrayna Milli Təhsil Elmləri Akademiyası və Ukrayna Elm və Təhsil Nazirliyidir.
Bunlardan başqa, Avropa və Ukraynadan bir neçə orta məktəb, uşaq bağçası və QHT də layihədə yer almışdır.