27 mart Azərbaycanda Elm Günüdür!
Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin bütün üzvlərini əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik.
Hazırda sürətlə modernləşən MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, nəticəyönümlü elmi tədqiqatların aparılmasına və innovasiya potensialının gücləndirilməsinə çalışırıq.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə MDU-nun alim, müəllim, doktorant, magistrant və tələbə heyətinin elmi potensialının gücləndirilməsi istiqamətində davamlı addımlar atırıq.
MDU ailəsinin hər bir üzvünə elmi fəaliyyətdə yeni-yeni uğurlar arzulayırıq!