You are currently viewing Rektor Şahin Bayramovun “Elm Günü” təbriki!

Rektor Şahin Bayramovun “Elm Günü” təbriki!

Mingəçevir Dövlət Universiteti (MDU) ailəsinin bütün üzvlərini əlamətdar gün münasibətilə ürəkdən təbrik edirik.

Hazırda sürətlə modernləşən MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılmasına, nəticəyönümlü elmi tədqiqatların aparılmasına və innovasiya potensialının gücləndirilməsinə çalışırıq.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə MDU-nun alim, müəllim, doktorant, magistrant və tələbə heyətinin elmi potensialının gücləndirilməsi istiqamətində davamlı addımlar atırıq.