MDU-da elektron universitet modelinin təqdimatı keçirilib

  • Post category:MDU xəbərləri

2024-cü il yanvarın 13-də Mingəçevir Dövlət Universitetində (MDU) mdu.digitaledu.az saytı üzərində qurulan “DigitalEdu” elektron universitet platformasının təqdimatı keçirilib. MDU-ya aid “TIM Consulting” şirkəti tərəfindən hazırlanılmış elektron universitet platformasının təqdimatında universitetin bir qrup akademik-inzibati heyət üzvləri, professor-müəllim heyəti üzvləri iştirak edib.

Tədbirdə “TIM Consulting”in direktoru Teymur Hacıyevin təqdimatla çıxış edib.

Təqdimat zamanı “DigitalEdu”da qəbul prosesindən tədrisə hazırlığa, tədrisin aparılmasından imtahanların təşkilinə, mühasibatlıqdan sənəd dövriyyəsinə, kitabxanadan portallara qədər ən müxtəlif modullarn cəmləşməsi barədə məlumat verilib. Elektron universitet platforması vasitəsilə həm müəllim və tələbələrin dərs qeydlərinin, akademik məlumatlarının  vahid məkanda əlçatanlığına şərait yarandığı, onun düzgün idarə edilməsinin faydaları diqqətə çatdırılıb.

Platfromada dərs cədvəlləri, müəllimlərin dərs yükünün əlavə edilməsi, tələbələrin kredit borcları da daxil olmaqla dərs proqramı, davamiyyət, qiymətləndirmə, imtahan nəticələri, universitetin mühasibatlıq, sənəd dövriyyəsi və bir çox məlumatlandırıcı modulların olması barədə tədbir iştirakçıları məlumatlandırılıb.

Çoxsaylı faydalı üstünlüklər və yenilikləri olan elektron universitet platformasının təqdimatı əməkdaşlar tərəfindən maraqla qarşılanıb, ünvanlanan suallar cavablandırılıb.

Qeyd edək ki, platforma MDU ilə “TIM Consulting” arasında bağlanmış müqavilə əsasında yaradılıb. Həmçinin, cari ilin fevral ayından etibarən universitetdə bütün proseslərin kağız üzərində deyil, elektron formada aparılması nəzərdə tutulub.