“Elmin aktual problemləri tələbələrin gözü ilə” mövzusunda elmi konrans
Mingəçevir Dövlət Universitetində Mühəndislik fakültəsinin Tələbə Elmi Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Elmin aktual problemləri tələbələrin gözü ilə” mövzusunda elmi konransı keçirilmişdir.
Tədbiri giriş sözü ilə fakültə dekani, tex.f.d., dosent Vüqar Mustafayev açaraq, TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib.
Sonra Mingəçevir Dövlət Universitetinin elmi işlər üzrə prorektoru, i.e.d., professor Veysəl Əyyubov çıxış edib. Konfrans iştirakçılarına rektor Akif Hacıyevin salamlarını yetirib və konfransın işinə uğurlar diləyib. Bildirib ki, MDU-da fəaliyyət göstərən TEC-in tələbələrin elmi fəallığının və dünyagörüşünün artırılmasındakı rolundan, fakültələr üzrə TEC sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb. O, müəllim və tələbələrə konfransın işində uğurlar arzulayıb, elmi rəhbərləri elmi-tədqiqat işlərinin qiymətləndirilməsində obyektiv olmağa çağırıb.
Sonra EM15 saylı qrupun tələbəsi Leyla İsmayılova “Torpaq əkinin texnogen çirklənməsi” (elmi rəhbər: b.f.d., baş müəllim Vüsalə Mustafayeva); EE15 saylı qrupun tələbəsi Taleh Məmmədov “Güc kabelləri və armaturlarının yeni texnoloji üsullarla montajı və istismarı” (elmi rəhbər: Liliya Süleymanova); EM17 saylı qrupun tələbəsi Aişə Malımova “Alternativ enerji mənbələri” (elmi rəhbər: k.f.d., dosent Məhyəddin Mehdiyev); EE17 saylı qrupun tələbəsi Rəvan Əliyev “Ozon dəliyi” problemi (elmi rəhbər: tex.f.d., dosent Vüqar Mustafayev); İT16 saylı qrupun tələbəsi Aidə Qurbanova “Nanotexnologiya yeni aləmə açılan qapıdır” (elmi rəhbər: tex.f.d., baş müəllim Aidə Mustafayeva); YN16 saylı qrupun tələbəsi Elvin Həşimli “Azərbaycanda yol-nəqliyyat hadisələrinin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” (elmi rəhbər: tex.f.d., dosent Səbuhi Qəhrəmanov); İT17 saylı qrupun tələbəsi Aysu Abbaszadə “Tibbdə proqnozlaşdırma məsələlərinin həllində qeyri-səlis məntiqin tətbiqi” (elmi rəhbər: müəllim Nərmin Əhmədova) mövzularında məruzə etmişlər.
Konfransın sonunda maraqlı çıxışlarına və aktual mövzulara toxunduqları üçün tələbələrə minnətdarlığını bildirən Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Günəş Şəfaqətov onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
{phocagallery view=category|categoryid=88|limitstart=0|limitcount=0}